Xeyirxahlığa istiqamətlənmiş aksiya

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə B.Eyvazov adına Hematologiya Transfuziologiya İnsitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının nümayəndələrinin iştirakı ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.

Bu xeyirxah tədbirin keçirilməsində məqsəd talassemiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara köməklik  göstərmək olub. Keçirilən aksiyada  rayondakı tibb müəssisəsində çalışanlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, İsmayıllı Peşə Tədris Mərkəzinin müəllim və  şagirdləri fəallıq nümayiş etdiriblər.

Mərkəzi Qan Bankının nümayəndələri işin təşkilindən və insanların bu xeyirxah aksiyaya qoşulmasından razılıq ediblər.

“İsmayıllı xəbərləri”

Şərh Yaz