Vətən mənə oğul desə…

Biri varmış, biri yoxmuş… Hələ uşaqkən həsrətində olduğum nağıllar beləcə başlayardı… Sevdiyim nağıl qəhrəmanları canı şüşədə olan divlər yeddibaşlı   əjdahalar… və xeyrin şər üzərində qələbəsi. Bax bu qələbə mənim ən böyük sevincim idi. Bəs bu gün necə, həyat bizim üçün nağıldırmı? Başdan başa nağıl olan bu həyat bizi güldürəndəmi şirin olur, yoxsa… Artıq böyümüşəm. Həyat gözümdə başqalaşıb. Kim olduğumu, qüdrətli elmi, yenilməz dövlətimizi,  basılmaz Vətənimi – doğma Azərbaycanımı tanımışam. Bu gün sizə haqqında söhbət açacağım qəhrəmanım nağıllardan gəlməyib, mənim həmvətənimdir. Yurdumun şəhid oğlu Mikayıl Yaqub oğlu Vahabzadədir.

Vətən mənəul desə, nə dərdim,                                                               

Mamır olub qayasında  bitərdim.

Bu torpaqsız harda, nə vaxt, nə dərdim

Xəzanımdır, xəzanımdır, xəzanım!

Onun qısa tərcümeyi-halı cəmi 23 illik bahar ömrüdür. O ömürdən bir az kəndə, bir az da şəhərə pay düşüb. Mikayıl Vahabzadə 1993-cü il iyun ayının 25-də Maçaxı kəndində doğulmuşdur. 9 illik təhsilini Tircan məktəbində almış, tam orta təhsilini isə Yeniyol məktəbində bitirmişdir.

Təhsildə göstərdiyi nailiyyətlərlə Mikayıl ali məktəb zirvəsini də  fəth etdi. Sadəliyi, saflığı hesabına qazandığı hörmət ali məktəb illərində bir qədər də artdı. O, çox istiqanlı, səmimi yoldaş, gözəl dost, haqqa-ədalətə sığınan qorxmaz bir oğul oldu.

Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yola düşərkən Mikayılın məktəbimizdəki görüşü bu gün müəllim və şagirdlərimizin qəlbində nisgilli bir xatirəyə dönüb.

Xoş xatirələrimiz ona görə nisgilə döndü ki, 2 aprel 2016-cı il tarixdə mənfur ermənilərin Azərbaycana qarşı törətdiyi təxribatın qarşısını alarkən igid qardaşımız böyük şücaət göstərərək, qəhrəmancasına şəhid oldu.

Mənim həyat qəhrəmanım, sən həyatda iki ən şərəfli adı – müəllimliyi və şəhidlik adını qazandın. Ölümü ilə ölməzlik qazanan igid eloğlu, səninlə fəxr edirik! Nəsillər dəyişsə də, sənin şərəfli adın əbədi xatırlanacaq. Çünki bu Vətən sənə oğul dedi.

Şəhidim, müqəddəs amallarını yaşatmaq üçün adınla bağlı guşə də yaratmışıq məktəbimizdə… Məzarın and yerimizdir artıq. Hə, bu günlərdə adınla bağlı bilik yarışması da keçirdik, birinci oldum, diplom qazandım…

Amma bunlar hələ azdır, havasını udub, çörəyini yediyimiz bu Vətənə özümüzü borclu sanırıq hər zaman…

Bəlkə də borcundan çıxmadım, Vətən,

Ör bahar deyil, bir də qayıtsın.

Ölsəm də qoynunda  qoy öm ki mən,

Çüm, bir ovuc torpağın artsın.

Torpağa sevgi, düşmənə nifrət döyüş meydanlarına çəkir, şəhidlərimizin qisasını almağa  səsləyir bizi. Bu istək biz gəncliyi bir an belə sakit buraxmayan, varlığımızı təlatümə gətirən, Vətən övladlarını yumruq kimi birləşdirən bir istəkdir. Qarı düşmən sel kimi çağlayan el gücünün qarşısında tab gətirə bilməz. Cənab Prezidentimizin söylədiyi kimi, Azərbaycan güclü dövlətdir və onun güclü bir ordusu var.

Lap tezliklə yurdumun tarixi sərhədlərini bərpa edəcəyik. O gün lap tez gələcək. Qələbə müjdəsini mən gətirəcəyəm sənə, şəhidim!

Bu son deyil… Hələlik isə fikirlərimi sənin qələmə aldığın “Vətən” şeiri ilə yarımçıq saxlayıram. Qələbə müjdəsi ilə görüşərik inşallah!

Üçrəngli bayrağın dalğalanacaq,

Millətin  ayağa birdən qalxacaq.

İgid oğulların şəhid olacaq,

Qorunur torpağın sənin, ey Vətən!

Canım, ey Vətən! Canım, ey Vətən!

Pakizə Abdulova,

Tircan kənd tam orta məktəbinin X sinif şagirdi

 

Şərh Yaz