“İsmayıllı xəbərləri” – 400

Mətbuat mənsub olduğu bölgənin güzgüsüdür. Nə yaxşı ki, doğma yurd-yuvamızın ayrı-ayrı sahələrini bir-birinə yaxınlaşdıran və əlaqələndirən, xoş işlərə rəvac, stimul verən, qiymətləndirən mətbuat orqanı,  “İsmayıllı xəbərləri” qəzeti də mövcuddur.

Öz təsəvvürümdə bölgəmizi kiçik demokratik bir dövlət, “İsmayıllı xəbərləri”ni isə onun xoş xəbərlərini yayımlayan orqan kimi təsəvvür edirəm. Bu qəzet intellek səviyyəsinə görə respublikanın başqa mətbuat orqanları ilə müqayisə olunmaz dərəcədə hərtərəfli nümunəvi qəzetdir. Çünki bölgəmizin ictimai həyatının bütün sahələrinə tam reallıqla, olduğu kimi yanaşma bu qəzetin ən üstün cəhətidir.

Bəyənilən cəhət təbii ki, bu redaksiyanın, onun üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəkliyindən, qarşıya qoyulan məqsədə can yandırmaqdan irəli gəlir.

Mətbuat Şurasının üzvü olan “İsmayıllı xəbərləri” qəzeti bölgənin elmi, iqtisadi, ictimai-siyasi həyatını təhsil, səhiyyə, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrini yerli-yerində və müntəzəm işıqlandırmağa nail olub.

Bu qəzeti yaşadığım ünvanda alıram. Onun səhifələrində oxumadığım bir sətir belə qalmır. Bəzən hansı yazınısa təkrar-təkrar oxuyuram. Bütün sahələrin inkişafı və yeniliklərin xronikası, axtardığımız sualların cavabı qəzetdə öz əksini tapır.

“İsmayıllı xəbərləri” vasitəsi ilə sanki tez-tez rayona gəlir, hər tərəfi gəzir və ürək açan yeniliklərlə yerindəcə  üz-üzə dururuq.

Çox hörmətli icra başçımız Mirdaməd Sadıqovun ayrı-ayrı kəndlərdə əhali ilə görüşləri, təhsil uğurları, peşə bayramları, xalq arasında nüfuz qazanmış şair və yazıçılarımızın yaradıcılığı və digər sahələri əhatə edən yazıları sevə-sevə oxuyur, gündən-günə inkişaf edən İsmayıllımızla, İsmayıllıdan olduğumuzla qürur duyuruq.

Respublikanın ən ünlü  qəzetləri qədər səviyyəli, Azərbaycan dilinin qramatikasının tələb və qaydalarına əməl edən bu qəzet məqalə, məlumat, hətta fotoların yerləşdirilməsi baxımından böyük zəhmətin, yüksək peşəkarlığın məhsuludur. Oxucuların intizarla gözlədiyi hər yeni nömrə qəzeti ərsəyə gətirən kollektivin işgüzarlığının nəticəsidir.

Çox sevindirici haldır ki, qəzetin 400-cü nömrəsini oxumaq bizə də qismət olacaq.”İsmayıllı xəbərləri” qəzetinin redaktorunu, redaksiya heyətini və oxucuları bu kiçik yubiley münasibəti ilə təbrik edir, rayonumuza və qəzetimizə yeni uğurlar arzulayıram. Həmişə xoş xəbərlərini eşidək, “İsmayıllı xəbərləri!”

ltət Əkbərova,

Sumqayıt şəhər sakini

Şərh Yaz