“DAĞ ÇİÇƏKLƏRİ”

Səfin önü, arxası o zaman ki, düzəldi,

Qabağa peyğəmbərlər, sonra şairlər gəldi.

Nizami Gəncəvi

 

 

 Qaranlıq çəkilər

 

“Portretlər” silsiləsindən

 

Adam var, doğuşdan zatıqırıqdır,

Nadandır, düşünmə pisə bənzəyir.

Qırmızısifətdir, sığal götürmür,

Döydükcə bərkiyir, misə bənzəyir.

 

Dediyin haqq sözə, məna, rəng verər,

Şeytanı dost bilib, Allahı danar.

Çaşıb beləsindən ədəb gözləmə,

Söyləmə: düşünər, qanar, utanar.

 

Qanını qaraldıb, gülər, həzz alar,

Yatar qucağında Şeytanın, şərin.

İlahi, bağışla suala görə: –

Nəyinə gərəkdir bu tip bəşərin?

 

Ağa qara demək dil işi deyil,

Qoluna girməyə hazıram korun.

Ən doğma, ən yaxın adamım olsa,

Başının daşıyam rəzil nankorun.

 

Qaranlıq çəkilər, doğulanda dan,

Günəş salamlayar kəndi, şəhəri,

Mən hürən itlərə daş atmamışam,

Bu saf həqiqəti biləndən bəri.

Şahməmməd Dağlaroğlu

 

Təcnis

Şair, dünyanın dərdini,
Yarı dərd elə, yarı dan.
Düşün: kimi yarıtmısan,
Kim olub səni yarıdan?

 

Sonun undu, əzəlin dən,
Gözəl idin, əzəl innən.
Zalım dünya əzəlindən
Yarı qürubdur, yarı dan.

 

Verdiyin Haqq aşkar alır,
Göz yol çəkir, qaş qaralır.
Yola çıxma, qaş qaralır,
Çıxmısansa, dön yarıdan.

 

…Sökülməz şair quran dan,
Gəlməsə hökmü qurandan.
Dönmə imandan, Qurandan,
Nə dostu at, nə yarı dan.

 

Haqtək haqq atan, anansa,
Haqqa güc yetməz  an ansan…
Hər an səni Haqq anansa,
Sən də Haqqını yarıd, an !

Nazir Ziya Talıstanlı

Üstəlik

 

İnamı ömür bildim, gümanı da üstəlik,
Sıxdım gözümə nuru, dumanı da üstəlik.

 

Həqiqət bulaqları yanğımı soyutmayır,
Gərək içim səbirlə ümmanı da üstəlik.

 

Xeyir şərə bənzəyir, şər xeyirə, çaşmışam,
Kafirliyi tərk etdim, imanı da üstəlik.

 

Hər şey bəndə üçündür, kiməm ki, seçim edim?!
Xoşladım yaranı da, dərmanı da üstəlik.

 

Hər əməl qoyulacaq tərəziyə məhşərdə,
Saxlayıram yaxşını, yamanı da üstəlik.

 

Bu dünyanı tərk etmək istəmirəm xoşluqla,
İtirmək istəmirəm o dünyanı üstəlik.

 

Yalnız Allahı sevmək adilərin işidir,
Kamil olanlar sevir insanı da üstəlik.

Oqtay İsmayıllı

 

Alıb qış əlindən bu bahar məni

 

Alıb qış əlindən bu bahar məni

Aparır çiçəklər açılan yerə.
Gedirəm üfüqün gündoğanına,
Günəşin şəfəqi saçılan yerə.

Mənim arzularım bənövşə rəngdə,
Ayaz da, şaxta da keçib canımdan.
Dünya gözlərimə açılan bahar,
Doğuldu sevgilər həyəcanımdan.

Öpür pəncərəmi yaz yağışları,
Oxşayır qəlbimi açılan çiçək.
Mənim məhəbbətim görəsən nə vaxt,
Hansı baharımda gül bitirəcək?!

Baharım, dünyanın gözəllik tacı,
Məni intizarda saxlama, bəsdi.
Söyüd salxımından keçən küləklər,
Yüyürüb arxamca könlümə əsdi.

Qəlbimdə sirr dolu bir nəğmədir yaz,
Nə əl yetişəndi, nə ümid çatan.
Çiçəklər döşəyin başımın altda,
Qoyun bu baharda uyuyum, atam!
Murad Mərrəmov

 

Bahardır

 

Bahardır, səhrada qurulub çadır,
Çadırın içində bir gözəl yatır.

Eşqi ilə bəzəyib çadırın üzün,
Çəkir keşiyini sürmələr gözün.

 

Qupquru çölləri döndərib bağa,
Baxmasan gülşən də dönər bir dağa.

Hər tərəf gül açıb saf məhəbbətdən,
Ətirə qərq olub xoş təravətdən.

 

Gözəllər telini darayar, hörər,
Susuz səhralar da cənnətə dönər.

Rüstəməm, bir gözəl bəzənən yerdə,
Gül açar hər tərəf, nur saçar göy də.

Rüstəm Məbudoğlu

 

Utanmaz

 

Ey dinləyən, gəl agah ol sözümdən,

Kişmiş olmaz kal dərilən üzümdən.

Həyalının nur tökülər üzündən,

Həyasızlar həyalıdan utanmaz.

 

Qorxaq çatı görsə  deyər ilandır,

And içənin bil ki, sözü yalandır.

Rəhmət sözü yaxşılara qalandır,

İmansızlar imanlıdan utanmaz.

 

Yalan deyən ləzzət alar yalandan,

Ölən var ki, qiymətlidir qalandan.

Uzunqulaq həzz alandı palandan,

Aləm gülsə, o palandan utanmaz.

 

Yaxşılığı yaxşı insan itirməz,

Halal insan evə haram gətirməz.

Ağac vaxtsız meyvəsini yetirməz,

Ötüşüb keçsə də zaman, utanmaz.

 

Yaradan  Haqq, biz də Haqqın xilqəti,

Yaşamaqdır hər bir kəsin dövləti.

Can almaqdır əzrayılın adəti,

Bilməz kimdir: qoca, cavan, utanmaz.

 

Yazdığımı qoy düşünsün oxuyan,

Gül əkən yox, dərəndir  gül qoxuyan.

Haqq şairi Nəsimini oxuyan,

Haqq yolunda verərsə can, utanmaz.

Mirəli İsmayıllı

 

rsiz

 

Belə say saymağıma məni peşiman etdi,

Sayırdım saydığımı mən fələkdən xəbərsiz.

Topalayıb bir yerə, aparırdım özümlə,

Getmirdim toy-bayrama gül-çiçəkdən xəbərsiz.

 

Yazısına zənn edib, baxmırdım qədərinə,

Axşamına üz tutub, gedirdim səhərinə.

Gənclik illərindəki xatirə dəftərinə,

Yazırdım yazdığımı gələcəkdən xəbərsiz.

 

Köhnəyə əl gəzdirəm, təzələyəm boyatı,

Bu məqsədlə, niyyətlə yaşayıram həyatı.

Geyirdim ki, əlcəyi olmasın əlin çatı,

Düyün, çat çıxarıbdı əl əlcəkdən xəbərsiz.

 

İstəməyir bilə ki, düşüb saçına dəni,

Kətandan, bezdən edə, qalınlaşdıra donu.

Sirr deyil kimsəyə ki, yaşlı da geyir onu,

Minəsi olub dəbə tül ipəkdən xəbərsiz.

 

Sürən olur dərəyə deyir, deməyir ağa,

Deyiləni sırğa tək asmış olmur qulağa.

Özgənin qaloşunu geymiş olur ayağa,

Qaloşlardan xəlvəti, çəkələkdən xəbərsiz.

Tamam Nur Tağlabiyanlı

 

Deyirəm

 

Zora  tapınan dünya,

Yadam, sənə deyirəm.

Daş-qaşa uyan gözəl,

Qadam, sənə deyirəm.

 

Nəfsinə uyan bəşər,

Tanrı gözündən düşər.

Pulgirə nə xeyir-şər?

Atam, sənə deyirəm.

 

Tuş gəldik əzabına,

İlahi, qəzəbinə.

Dözməyən, dözə buna…

Adam,  sənə deyirəm.

 

İnsanilik – yolumuz,

Ən böyük titulumuz.

Öndərimiz, ulumuz…

Xudam, sənə deyirəm.

 

Toxkən gözü ac olan,

Yurddaşından bac alan.

Alçaldıqca ucalan…

Müdam, sənə deyirəm.

qar Vaqifoğlu

 

nya belənyadı

 

Kimi yaxıb yandırar,

Kimi vurub sındırar.

Qanmayanı qandırar,

Dünya belə dünyadı.

 

Həm acı, həm şirindi,

Mənası həm dərindi.

Sonda hamı yerindi,

Dünya belə dünyadı.

 

Bilinməz önü, sonu,

Saysız-hesabsız donu.

Nailə deyər bunu,

Dünya belə dünyadı.

Nailəançaylı

 

Deyin ona, bilsin

 

Mən  yar sevgisinin xəstəsiyəm,

Sevgi nəğməsinin bəstəsiyəm.

Ətirli gül-çiçək dəstəsiyəm,

Deyin ona, bilsin.

 

O yar dərdlərimin çarəsidir,

O yar gözlərimin qarəsidir.

O yar həyatımın qayəsidir,

Deyin ona, bilsin.

 

Bu ömrüm şamtək yanır, bölürəm,

Həsrətində qalmışam, ölürəm.

Tək onu sevdiyimi bilirəm,

Deyin ona, bilsin.

 

Sevən qəlbimdə yeri görünür,

Onsuz ürək dərd-qəmə bürünür.

Tək onun sevgisiylə döyünür,

Deyin ona, bilsin.

 

Mən bu sevginin içində yandım,

Onu ürəkdən sevdim, inandım.

Sanmasın mən yoruldum, usandım,

Deyin ona, bilsin.

 

Yetirin sözlərimi  tez bilsin,

Axan göz yaşlarımı o silsin.

Yarımsan deyib mənimlə gülsün,

Deyin ona, bilsin.

Surəbrayılova

 

l, ilk bahar…

 

Gəl, ilk bahar, gəl ömrümüzə,

Müjdələr gətir sən hər birimizə.

Gəlişinlə yurda gətir bol sevinc,

Xalqımız yaşasın həyatını dinc.

 

Bizdən uzaq olsun top-tüfəng  səsi,

Hər yerdə ucalsın sevgi nəğməsi.

Olmasın heç bir kəs qəmli, pərişan,

Gəlişinlə olsun eldə toy, nişan.

 

Bəzənsin xınayla qoy incə əllər,

Xoş arzulu olsun daima dillər.

Bəzənsin dəstəylə açan çiçəklər,

Sevinib şad olsun hər an ürəklər.

 

Gəlişinlə açsın nərgiz, bənövşə,

Xalqımızın üzü gülsün həmişə.

Baharım, gəl yurda, açılsın çiçək,

El-obanı daim firavan görək.

Xuraman Baxış

 

Biriyəm

Gileyi sevmirəm, şükür Tanrıma,
Yüz dərdin içində gülən biriyəm.
Zərrəcə sevinci, bircə tikəni,
Ehtiyac olanla bölən biriyəm.

 

Dünya gözümdədi, lap özü boyda,
Etibar,sədaqət, ömrümdə qayda,
Çətinlik görsəm də müxtəlif sayda,
Dözümün əliylə silən biriyəm.

 

Demirəm, mənəmlik dilimə yaddır,
İnsanlıq yolumda şərəfli addır,
Mənə qanad verən arzu, muraddır,
Fərəhi dostlardan alan biriyəm.

 

Heç nə dəyişdirməz olub-keçəni,
Düz yolu özünə bir yol seçəni,
Görsəm həqiqətə qapı açanı,
Diz çöküb, önündə qalan biriyəm.

Mehriban İbrahimova

 

Yurdu, eli sevə-sevə

 

Qardaşım Murada

 

Beş bacının qardaşısan,

Səni daim uca gördüm.

Şirin, şəkər arzulardan

Saf adına çələng hördüm.

 

Baba dağının qarıtək,

Paksan, amma ki, odlusan.

Sinəndə el, sevən ürək,

Xoş arzulu, muradlısan.

 

İlləri boş yaşamadın,

Erkən düşdü saçına dən.

Ocaq sevən, Vətən sevən,

Oğul-uşaq yetirmisən.

 

Bizə arxa, dayaq oldun,

Sevilən ərsən, atasan.

Yurdu, eli sevə-sevə,

Qardaş, yüz yaşa çatasan!

Şərqiyyə Balacanlı

 

Şərh Yaz