Maarifləndirmə vacib məsələdir

????????????????????????????????????

Zərərli vərdişlərə qarşı mübarizə təkcə hüquq-mühafizə işçilərinin işi deyil. Bu məsələdə ictimaiyyətin də üzərinə ciddi vəzifələr düşür.

Bu fikirlər İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində, İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Rayon Polis Şöbəsi və İsmayıllı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “Narkomaniya əsrin bəlasıdır” adlı maarifləndirici tədbirdə səslənib.

Tədbirdə polis polkovniki, İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, şöbənin əməkdaşı polkovnik leytenant Şahin Əhmədov,  rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov, Rayon Polis Şöbəsinin əməkdaşı, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, 5 nömrəli tam orta məktəbinin direktoru Elçin Məmmədov, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Elçin Məmmədov mövzunun önəmindən bəhs edib və verilən məlumatların əhəmiyyətindən söz açıb. Sonra polis rəisi Şəmşir Kazımov narkomaniyanın fəsadları, yaranma səbəbləri, ona qarşı mübarizə metodlarından danışıb.

Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov və Rayon Polis Şöbəsinin baş inspektoru Rahim Orucov çıxış edərək bildiriblər ki, bu cür tədbirlərin keçirilməsində məqsəd yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, uşaqların hüquqlarının müdafiəsi, sosial problemləri, narkomaniya ilə mübarizə, eyni zamanda bu sahədə mövcud çətinliklərin aşkar edilməsi və aradan qaldırılmasıdır.

Tədbir işgüzar dialoq formasında, müzakirələrlə yekunlaşıb.

S.Soltanov

Şərh Yaz