Yaxşı öyrənmə-yaxşı suallardan başlar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanmış, onların reallaşdırılması istiqamətində məqsədyönlü təşkilati və əməli tədbirlər həyata keçirilmişdir.

Təhsil Nazirliyinin 2017-ci il 28 avqust tarixli 261 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunmuşdur.

Bu məqsədlə 5 mart 2019-cu il tarixində  İsmayıllı Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq, Aşıqbayramlı kənd tam orta məktəbində  “Müasir İnformasiya və Kommunikasiya Texnologiyalarından – Web2.0 alətlərindən təhsildə məqsədyönlü istifadə” mövzusunda seminar-müşavirə keçirildi.

Seminarda Web2.0 alətlərindən – AKTİVİNSPİRE proqramından istifadə etməklə Ana dili və biologiya fənlərindən dərslər keçirilmişdir. Dərslərdə şəhər 1, 5, 6 nömrəli, Xəlilli, İvanovka, Quşencə, Kürdmaşı, Qalagah, Sumağallı kənd tam orta və Bizlan kənd ümumi orta məktəblərinin gənc müəllimləri iştirak edirdilər.

Daha sonra “Yaxşı öyrənmə yaxşı suallardan başlar” devizi altında Kahoot.com saytında gənc müəllimlərlə interaktiv oyun-viktorina keçirildi.

Viktorinada qalib gələn müəllimlər diplom və hədiyyələrlə təltif olundular.

Seminar-müşavirənin Aşıqbayramlı kənd tam orta məktəbində keçirilməsi heç də təsadüfü deyildir. Məktəbin biologiya müəllimi, “Təhsildə inkişaf və innovasiyalar üzrə  ikinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş, “Müəllimlərin İKT bacarıqlarının artırılması” layihəsinin qalibi Afaq İsmayılovanın biologiyadan ”Görmə orqanımız”, Azərbaycan dili və ədəbiyyatı müəllimi Dürdanə Nəcəfovanın ədəbiyyatdan “Leyli və Məcnun” mövzularında  hazırladıqları nümunəvi dərslər gənc müəllimlərin marağına səbəb oldu.

S.İsmayılova,

İsmayıllı RTŞ-nın metodisti

 

Şərh Yaz