Təbrik edir, uğur diləyirik

Bir neçə gün əvvəl Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış jurnalist İldırım Dəmirlinin anadan olmasının 75 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Yubiley tədbirini Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələskərli açıb, yubilyarın həyat və yaradıcılığından danışıb, mərasim iştirakçılarına MŞ sədri, millət vəkili Əflatun Amaşovun salamlarını çatdırıb.

İldırım Dəmirliyə Azərbaycan Mətbuat Şurasının diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi təqdim olunub. Mərasim iştirakçılarından Məzahir Süleymanzadə, Akif Cabbarlı, Zakir Balamiyev, Hacı Mehman Fərzullayev, Aqşin Babayev, Tahir Aydınoğlu, Əsədulla Qurbanov və başqaları çıxış ediblər.

Yığıncaqda Ahıl Jurnalistlər Məclisinin keçirdiyi tədbirləri əks etdirən “Keçmişə ehtiramla, gələcəyə inamla!” kitabı da təqdim olunub. Çıxış edənlər Ahıl Jurnalistlər Məclisinin fəaliyyətini müsbət qiymətləndirib, təşkilata tövsiyələrini veriblər.

Həmyerlimizi, qələm dostumuzu, Respublikanın Əməktar jurnalisti  İldırım Dəmirlini qazandığı uğurlar münasibəti ilə oxucularımız adından təbrik edir, ona şərəfli peşəsini davam etdirməkdə  can sağlığı və uğurlar diləyirik.

“İsmayıllırləri”

Şərh Yaz