Xüsusi önəm verilən sahə

8 dekabr 2018-ci ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü münasibəti ilə növbəti yaşıllaşdırma və ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı ağacəkmə ilə yanaşı kollec ərazisindəki yaşıllıq sahələrində təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.

Əkilən ağacların inkişafı, həmçinin mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə təşkil olunan ağacəkmə aksiyasında əsas məqsəd  ulu öndərin hər zaman xüsusi önəm verdiyi, yaşıllıqları daha da genişləndirmək, ekoloji tarazlığı bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.

Nihad Əhmədov,

kollecin 4-cü kurs tələbəsi

Şərh Yaz