İdmançımız qızıl medal qazanıb

30 noyabr-1 dekabr tarixlərində Ukraynada “Dünya Hərbi Döyüş Çoxnövçülüyü” üzrə dünya çempionatı keçirilib.
Dünya çempionatında ölkəmizi təmsil edən idmançılarımızdan 4 nəfər medal əldə edə bilmişdir ki, bunlardan 2-si qızıl, 1-i gümüş, 1-i bürünc olmuşdur.
İsmayıllı rayonunun  yetirməsi Vüsal Abdullazadə də Qızıl medal alanlar sırasındadır.
Medal sayına görə Azərbaycanın komandası Ukrayna, Rusiya, ABŞ və Fransadan sonra 5-ci yeri qazanıb.
Gərgin mübarizə şəraitində keçən çempionatda 800 idmançı və xüsusi təyinatlı hərbiçilər mübarizə aparıb.

X.Məmmədli

Şərh Yaz