Layihə uğurla başa çatıb

Layihə uğurla başa çatıb      İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”nin fərdi kateqoriyası üzrə qalib gəlmiş “Müəllimlərin İKT bacarıqlarının artırılması” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə Respublikanın Əməkdar müəllimi, İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Şəfaqət Rəsulov, layihə tərəfdaşı olan müəllimlər iştirak edib.
İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”nin fərdi kateqoriyası üzrə qalib gəlmiş “Müəllimlərin İKT bacarıqlarının artırılması” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə Respublikanın Əməkdar müəllimi, İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Şəfaqət Rəsulov, layihə tərəfdaşı olan müəllimlər iştirak edib.
Layihənin rəhbəri, İsmayıllı rayonunun Aşıqbayramlı kənd tam orta məktəbinin müəllimi Afaq Məhəmmədova layihə çərçivəsində görülən işlər barəsində ətraflı məlumat verib. Bildirib ki, layihənin icra müddəti iyul ayının 20-dən oktyabr ayının 20-dəkdir. Bu müddətdə məktəbliləri maarifləndirəcək müəllimlərin seçim turu keçirilib. Seçim turunda 90 nəfər müəllim iştirak edib. Layihənin təlimçisi layihə və onun əhatə etdiyi mövzu ilə bağlı məlumatlar verərək, müəllimlərin İKT bacarıqlarının artırılması istiqamətində zəruri işlərin görüldüyünü bildirib.
Layihə çərçivəsində rayonun ümumtəhsil məktəblərində çalışan 30-a yaxın müəllim üçün İKT bacarıqlarının artırılmasına dair seminar keçirilib. Təlim-kursun iştirakçılarına layihənin əhatə etdiyi mövzu ilə bağlı məlumat verilib. İKT avadanlıqlarından istifadə və layihə çərçivəsində yaradılacaq internet resurslarının əhəmiyyətli tərəfləri tədbir iştirakçıları ilə müzakirə edilib. Layihə iştirakçısı olan müəllimlər arasında təcrübə mübadiləsi aparılıb. Təlimlərə qoşulan könüllü müəllimlər vasitəsi ilə layihədən faydalanan təbəqənin arenası genişləndirilib. Tədbirin sonunda layihə çərçivəsində fərqlənən müəllimlərə sertifikatlar təqdim olunub.
Elnarə Günəş,
AJB-nin üzvü

Layihə uğurla başa çatıb

Şərh Yaz