Məqsəd gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaqdır

Topçu kənd tam orta məktəbində “Zərərli vərdişlərə yox deyək” adlı dəyirmi masa keçirilib. Dəyirmi masada İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik iş üzrə baş inspektor Rahim Orucov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, məktəb rəhbərliyi, müəllimlər və fəal şagirdlər iştirak ediblər.
Məqsəd gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaqdır     Topçu kənd tam orta məktəbində “Zərərli vərdişlərə yox deyək” adlı dəyirmi masa keçirilib. Dəyirmi masada İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik iş üzrə baş inspektor Rahim Orucov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, məktəb rəhbərliyi, müəllimlər və fəal şagirdlər iştirak ediblər.
Məsul əməkdaşlar zərərli vərdişlərdən çəkinmə, elmə, təhsilə, mədəniyyətə meyilli olma barədə məzmunlu çıxışlar edib, zərərli vərdişlərə aludəçiliyin insan və cəmiyyət üçün fəsadlarından söz açıblar.
Qonaqların mövzu ətrafında fikir bölüşmələrindən sonra şagirdlərin sualları cavablandırılıb.
Yekunda bildirilib ki, bu qəbildən olan tədbirlərin keçirilməsində əsas məqsəd gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlara çıxış yolu göstərməkdir.
Ş.Mərdanov

Şərh Yaz