Həftə uğurlu keçib

İsmayıllı rayonunun Hacıhətəmli bələdiyyəsi “Yerli Demokratiya Həftəsi” çərçivəsində nəzərdə tutduğu tədbirləri uğurla başa vurub. 15-21 oktyabr tarixlərində keçirilən həftə öncəsi vətəndaşları narahat edən məsələlər öyrənilib. Sakinlər Hacıhətəmi-Kürdeldarbəyli-Gideyli kəndarası yolların təmirinin təxirəsalınmaz olduğunu bildiriblər.
Sakinlərin xahişi nəzərə alınaraq adı çəkilən kəndlərdən Göyçay çayına və Gideyli kəndinin qəbiristanlığına gedən 2 kilometr yol da gediş-gəliş üçün yararlı hala salınıb.
Həftə ərzində sadalanan işlərlə yanaşı, həmin kəndlərdə sanitariya məsələsinə də diqqət yetirilib. Kənddəki məişət tullantıları sakinlərin iştirakı ilə toplanaraq zərərsizləşdirilib.
M.Hüseynov,
Hacıhətəmli bələdiyyəsinin sədri
Həftə uğurlu keçib    İsmayıllı rayonunun Hacıhətəmli bələdiyyəsi “Yerli Demokratiya Həftəsi” çərçivəsində nəzərdə tutduğu tədbirləri uğurla başa vurub. 15-21 oktyabr tarixlərində keçirilən həftə öncəsi vətəndaşları narahat edən məsələlər öyrənilib. Sakinlər Hacıhətəmi-Kürdeldarbəyli-Gideyli kəndarası yolların təmirinin təxirəsalınmaz olduğunu bildiriblər.

Şərh Yaz