Arıçılığın inkişafı dəstəklənir

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda biomüxtəlifliyin inteqrasiyalı idarə olunması Proqramı” İsmayıllı rayonunda pilot tədbirlərini davam etdirir. Arıçılığın inkişafı dəstəklənir                                   Proqramın pilot layihəsi çərçivəsində icma üzvlərinə arıçılıq təsərrüfatının inkişafına dəstək verilməsi qarşıya qoyulmuş fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə layihə və fermerlər arasında “Qarşılıqlı razılaşma memorandumu” imzalanmışdır. Memorandumun imzalanması Talıstan, Brovdal və Əhən bələdiyyələri, eləcə də Əhən icra nümayəndəliyi və icma üzvlərinin iştirak etməsi ilə həyata keçirilmişdir. Arı ailələri Əhən, Talıstan və Brovdal kəndlərindən seçilmiş fəal fermerlərə verilmişdir.
İsmayıllı rayonunda müəyyən olunmuş pilot sahələrdə torpaq deqredasiyasının qarşısının alınması və bitki örtüyünün bərpa olunması istiqamətində daha əvvəl icra olunmuş tədbirlər arıçılığın inkaşafı üçün münbit şəraitin yaradılmasına öz töhfəsini verir. Bununla yanaşı, GİZ-in “Cənubi Qafqazda biomüxtəlifliyin inteqrasiyalı idarə olunması Proqramı”nın pilot layihəsi çərçivəsində Əhən və Lahıc bələdiyyələri ərazisində əkilmiş fındıq bağlarında BMT-nin İnkişaf Proqramının “Böyük Qafqaz landşaftında meşə və torpaqların davamlı idarə olunması” layihəsi ilə əməkdaşlıq çərçivəsində xaşa bitkisinin toxumları səpilmişdir. Tədbirin həyata keçirilməsində məqsəd intensiv otarılma səbəbindən eroziyaya məruz qalmış yamaclarda bitki örtüyünün bərpasını sürətləndirmək və arı ailələri, eləcə də mal-qara üçün yem bazasının yaxşılaşdırılması olmuşdur.
Şahin Hüseynov

Şərh Yaz