Təbiət hadisəsi xeyli ziyan vurdu

1 iyun 2018-ci il tarixində axşam saat 19 radələrində rayon ərazisində başlayan, güclü küləklə müşaiyət olunan leysan yağışları nəticəsində rayonun elektrik, yol və kənd təsərrüfatına xeyli ziyan dəymişdir.
İsmayıllı rayonunda 6 fərdi yaşayış evinə, 5 yardımçı tikiliyə və 2 sahibkarlıq obyektinə ziyan dəmişdir. Təbiət hadisəsi xeyli ziyan vurdu
Təbiət hadisəsi xeyli ziyan vurdu       Bir ədəd “VAZ 21099” markalı avtomobilin üzərinə ağac aşmışdır. İki təsərrüfatda vətəndaşa məxsus daş hasar uçmuşdur. Diyallı kənd mədəniyyət evinin 600 kvadratmetrlik dam örtüyü tamamilə dağılmış, nəticədə iki məcburi köçkün ailəsi yaşayış yerindən məhrum olmuş və əmlaklarına ziyan dəymişdir. Lahıc qəsəbəsinə gedən yolda dağ uçqunu nəticəsində qəsəbə ilə avtomobil əlaqəsi kəsilmişdir.
İsmayıllı şəhərinin bəzi ərazilərində və 19 kəndə elektrik verilişi kəsilmişdir.
Dağ çaylarında sel sularınıın artması ilə əlaqədar Sulut və Kəlbənd kəndlərinə gediş-gəlişdə məhdudiyyət yaranmışdır. Talıstan, Mücü və Gəraybəyli kəndlərinin su təsərrüfatına ziyan dəymişdir.
Sel suları nəticəsində kənddaxili yollara ziyan dəymişdir.
Təbiətin şıltaqlığından sonra bərpa işləri qısa müddətdə başa çatdırılıb. Rayonun elektrik və yol təsərrüfatına dəyən ziyanlar aradan qaldırılıb.
Aidiyyatı strukturların həyata keçirdikləri tədbirlər nəticəsində kəndlərə elektrik enerjisinin verilişi və rayon mərkəzi ilə avtomobil əlaqəsi bərpa olunub. Zərərlə bağlı müraciət olunmuş mülki və sosial obyektlərə baxış keçirilib. Kəndlərarası əlaqə yolları və kənddaxili yolların bərpası başa çatdırılıb.
Mehman Zeynalov

Şərh Yaz