“Ölkəmizi tanıyaq” –“ üç günlük səfər

Artıq beşinci ildir ki, respublika üzrə ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında müxtəlif bölgələrə maarifləndirici tur-aksiyalar təşkil olunur.
Bu il mart ayının 15-18-də və 26-29-da növbəti tur-aksiya keçiriləcəkdir. Bu ilki tur-aksiyada da məktəblilərimizin fəal iştirakı təmin olunacaqdır.
“Ölkəmizi tanıyaq” –“ üç günlük səfər
“Ölkəmizi tanıyaq” –“ üç günlük səfər      24 mart 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin akt zalında “Ölkəmizi tanıyaq” tur- aksiya iştirakçıları ilə Rayon İcra Hakimiyyəti başçısının görüşü keçirilib. Tədbirdə RİH aparatının məsul işçiləri, təhsil işçiləri, valideyinlər və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbiri RİH-nin başçısı Mirdaməd Sadıqov açaraq qeyd edib ki, Dövlət başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü, Prezident Administrasiyasının təşkilatçılığı ilə reallaşan tur-aksiyalar gənclərin milli-mənəvi tərbiyəsində, dünyagörüşünün artmasında, vətənini daha yaxından tanımasında əhəmiyyətli rol oynayır.
Digər çıxışçılar – RTŞ-nın müdiri Rasim Orucov, RTŞ-nin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, Təzəkənd məktəbinin XI sinif şagirdi Gülsüm Əsgərli və valideyin Ramil Dadaşov qeyd ediblər ki, belə genişmiqyaslı tədbirin təşkilində ümdə məqsəd yetişməkdə olan gənc nəslin nümayəndələri kimi şagirdləri son illər dinamik inkişaf edən respublikanın müxtəlif bölgələrinin sosial həyatı, tarixi-mədəni irsi, adət-ənənələri və spesifik xüsusiyyətləri ilə tanış etməkdən ibarətdir.
Üç günlük səfəri xoş ovqat və xatiələrlə başa vuran məktəblilər İsmayıllıya qayıtdıqda onları rayonun Mərkəzi meydanında RİH başçısı Mirdaməd Sadıqov, digər əməkdaşlar və valideynlər qarşılayıblar. Xoş təsadüfdən Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov məktəbliləri qarşılayanlarla bərabər olub.
G.Baxışova

Şərh Yaz