Cümhuriyyət dövründə (1918-1920) Azərbaycanda dövlət-din münasibətləri

XX əsrin əvvəllərində Yaxın və Orta Şərqdə yaradılmış ilk demokratik dövlət qurumu Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) olmuşdur. Şimali Azərbaycan torpaqlarının böyük bir ərazisinin sərhədləri daxilində yaradılan ilk müsəlman dövlətinin doğum günü 28 may 2018-ci ildir. Cümhuriyyət dövründə (1918-1920) Azərbaycanda dövlət-din münasibətləriAzərbaycan Demokratik Cümhuriyyətinin altı maddədən ibarət İstiqlal bəyannaməsinin bir maddəsi belə idi – Azərbaycan Demokratik Cümhuriyyəti öz sərhədləri daxilində millətindən, dinindən, ictimai vəziyyəti və cinsiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına tam və siyasi hüquqlar verir.
Azərbaycan Demokratik Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradaraq Azərbaycanda İslam dininin modernləşdirilməsinin və dini maarifçiliyin geniş vüsət almasına şərait yaratmışdır. Savadlı ruhanilərin böyük hissəsi maarifçilik ideyalarına tərəfdar çıxaraq xurafat və cəhalət təbliğ edən dini ayin və mərasimlərə qarşı çıxaraq elmə söykənmiş dinə və Quran ayələrini, Hz.Peyğəmbərin hədislərini müasir həyat şəraitinə uyğunlaşdırılaraq şərh edilməsinə tərəfdar çıxmışlar. Azərbaycan Demokratik Cümhuriyyəti liderləri heç vaxt beynəlmiləlçilik əleyhinə olmamışlar, onlar kosmopolitizmi tənqid edərək millətlərin birləşib yaxınlaşmalarını, dostluq və əminamanlıq şəraitində yaşamalarını təbliğ etmişlər.
M.Ə.Rəsulzadə bildirirdi ki, Karl Marks ilə Lassal əmələ firqəsinin bəyannaməsini yazdıqları zaman bu bəyannamənin başına “Cümlə cahan füqərayi-kasibəsi toplaşın!” deyə yazmışlardı. Lakin bu şüar heç vaxt işə keçməyəcək, arzu olaraq qalacaq. Г‡ünki, dünyanın bütün millətləri birləşməyincə füqərayi- kasibə birləşə bilməz. Ona görə də lazımdır ki, əvvəlcə dünyanın bütün millətlərini birliyə çağırasan, sonra isə füqərayi-kasibənin birləşməsini tələb edəsən. M.Ə.Rəsulzadə həm də millətlərin birgə yaşaması üçün din birliyini zəruri sayır və islam xalqlarının hamısını “müsəlman milləti” kimi xarakterizə edir.
Hələ 1891-ci ildə M.Şahtaxtinski “Kaspi” qəzetində dərc etdirdiyi bir məqalədə Zaqafqaziya müsəlmanlarını necə adlandırılması qeyd edirdi. Daha sonra bu suala özü cavab verərək bildirirdi ki, yaxşı olar ki “Azərbaycanlı” və dilləri də “Azərbaycan dili” adlandırılsın. Г‡ünki çar üsuli idarəsinə və ermənilərə xalqın “tatar” və “müsəlman” adlandırılması daha sərfəli idi. Bolşeviklər də “Azərbaycan” sözündən qorxmuş və milli mənəvi şüurun formalaşıb beynəlmiləlçiliyi üstələyəcəyindən ehtiyat etmişlər. “Azərbaycan ideyası”nın tarixi kökləri qədimdir. Amma onu ilk dəfə olaraq siyasi və ictimai həyat sahəsinə çıxaran M.Ə.Rəsulzadə olmuşdur. Ümumiyyətlə, ictimai inkişafın bir sıra məsələlərində islamçılarla türkçülər bir nöqtədə birləşirdilər. “Türk yurdu” jurnalı “bütün türklərin islamın mühüm ünsürü” olduğunu bildirirdi. Z.B.Göyalp millətə tərif verərək yazırdı ki, “millət –“ ümumi dili, dini, əxlaqı, mədəniyyəti və yaxud eyni dərəcədə aldığı tərbiyənin məcmusuna deyilir. Deməli, türkçülər millətin mövcudluq şərtlərindən biri kimi dini də mühüm amil sayırlar. Azərbaycan Xalq Cümhuriyyətinin lideri M.Ə.Rəsulzadə İ.V.Stalinin “Bu qısa müddətdə xalqa nə verdiniz?” sualına cavab olaraq bildirmişdir ki, “Г‡ox şey verə bilmədik, amma, milli azadlığın nə olduğunu başa saldıq, azca da olsa istiqlal dadızdıra bildik”.
Azərbaycan milləti türk etnosu zəmini üzərində yaranmış olsa da, min illərlə onunla qaynayıb-qarışmış digər etnoslarla birlikdə keçirdikləri uzun tarixi inkişaf yolu zəmini üzərində formalaşıb, bugünkü millət halına gəlib çıxmışdır. Məhz təməli Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan və ulu öndər Heydər Əliyevin inkişaf etdirdiyi, hazırda cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, müasir dünyamızda Azərbaycan milli-mənəvi və dini dəyərləri qoruyan, multikulturalizm və tolerantlığın tətbiqi və təbliğinə görə dünya ölkələri içərisində ən qabaqcıl ölkələrindən birinə çevrilmişdir. M.Ə.Rəsulzadə min illərlə birlikdə yaşayıb-yaratmış, qaynayıb-qarışmış türk, tatar, tat, ləzgi, talış və s., həmçinin islam dini mənsublarını məzhəb fərqi yaratmadan bir adla –“ Azərbaycanlı adı ilə adlandırmağı lazım bilmişdir.
M.Ə.Rəsulzadə kiçik və zəif olan xalqı parçalamaq deyil, yumruq kimi birləşdirmək tərəfdarı idi. O, çox uzaqgörənliklə, bunu hər şeydən əvvəl millətin və respublikanın mənafeyi üçün tələb edirdi. Hələ 20 il əvvəl ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycan deyəndə onun sərvətini, gözəl təbiətini nəzərdə tuturuq. Bütün bunlarla yanaşı, ən başlıca sərvətlərdən biri, bəlkə də ən başlıca sərvəti bu torpaqlarda yaşayan müxtəlif xalqlardan olan, müxtəlif dinlərə qulluq edən adamlardır”. Bu gün Azərbaycan dövləti öz milli-mənəvi və dini dəyərlərinə, mədəniyyətinə, xalqına, tarixinə böyük dəyər verir. Məhz bunun nəticəsi kimi cənab Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edərək bunu bir daha sübut etdi.
Cümhuriyyət dövründə (1918-1920) Azərbaycanda dövlət-din münasibətləri
İldırım Məsimov,
İsmayıllı rayonu Mollaisaqlı kənd məscidi dini icmasının sədri

Şərh Yaz