Şəhidlər və milli-mənəvi dəyərlərimiz

Şəhidlər və milli-mənəvi dəyərlərimiz                   16 yanvar 2018-ci il tarixdə İsmayıllı şəhər “Cümə” məscidində “20 Yanvar şəhidləri və milli-mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib. Dəvətlilərə yetişən nəslin vətənpərvərlik tərbiyəsinin diqqətdə saxlanılması, Vətən torpaqlarının bütövlüyü və azadlığı uğrunda şəhid olanların unudulmaması, ehtiramla yad edilməsi kimi vacib məqamlar barədə danışılıb.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Dövlət Təhlükəsizliyi Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşı Camal İsayev, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, İsmayıllı şəhər “Məhəmmədiyyə” məscidinin imamı Elnur Yusifov, dini icma sədrləri, imam və imam müavinləri, dini ayin icraçıları və mütəvəllilər iştirak ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz