Uğurlar arzulayırıq

Uğurlar arzulayırıq                          Məktəb qarşısında duran vəzifə hərtərəfli inkişaf etmiş şəxsiyyət tərbiyə etməkdən ibarətdir. Biz müəllimlər müstəqil həyata yola saldığımız hər bir gəncin tərbiyəsinin qayğısına qalmaq, onlarda ən gözəl insani keyfiyyətləri formalaşdırmaqla bərabər, təhsilə maraqlarının da inkişaf etdirilməsi üçün əlimizdən gələni əsirgəməmliyik.
Bildiyimiz kimi çalışdığımız il “Təhsildə keyfiyyət ili” elan olunmuşdur. Bu da hər bir pedaqoji işçi qarşısında böyük və məsuliyyətli vəzifələr qoyur, fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmağa stimul verir.
Son illər məlumat axının artması, informasiya-kommunikasiya texnalogiyalarının həyatımıza daxil olması, ünsiyyət və məlumat əldə olunmasının internet və elektron poçt vasitəsilə həyata keçrilməsi səbəbindən xarici dillərə, xüsusilə də ingilis dilinə yiyələnməyə marağı artırıb.
Ümumtəhsil məktəblərində xarici dil təliminin əsas məqsədi nitq, dil, kommunikativ bacarıq və vərdişlərinin formalaşdırılması kimi müəyyənləşdirilir. Dili öyrənilən ölkənin mədəniyyət və ənənələri ilə tanış edilməsi, onlarda xarici dil və mədəniyyətlərarası mühitdə öz ölkəsini və onun mədəniyyətini təmsil etmək bacarıqlarının formalaşdırılması şagirdlərin qarşısında vəzifə kimi durur.
Xarici dilin öyrənilməsi şagirddə ünsiyyət və kommunikasiya əlaqələrinin genışləndirir, dünyaya yeni baxış formalaşdırılmasına zəmin yaradır.
Xarici dilə yiyələnməklə gənc mütəxəssislərimiz ölkəmizdə fəaliyyət göstərən onlarla xarici şirkət, qeyri-hökumət təşkilatları, eləcə də dünyanın müxtəlif qurumları ilə daha sıx əməkdaşlıq etmək imkanı əldə edirlər.
Leyla Əzimova 6 ildir ki, 6 nömrəli şəhər tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Tədris etdiyi dil hər kəsin öyrənməyə can atdığı dillərdən biri və deyərdim birincisidir.
Leyla müəllimənin dediklərindən:
– İngilis dili beynəlxalq dildir. Müasir dövrdə zəmanənin tələbinə uyğun olaraq hamı istəyir ki, bu dili öyrənsin. Bilirik ki, dil öyrənməyin əsas vacib amillərindən biri ünsiyyətdir. Əgər ünsiyyət qurmasan, o dil möhkəmlənməz və passiv qalar. Hər zaman dili möhkəmlətmək üçün yollar arayır, axtarışlar aparıram.
Uğurlar arzulayırıq                          Leyla müəllimə dərs prosesində şagirdlərin fəallığına, sərbəstliyinə çalışır. Bunun üçün şagirdlərə elektron poçt ilə işləməyi, axtarış sistemlərindən istifadə etməklə internet şəbəkələrindən onlara lazım olan informasiyanı axtarıb tapmağı, müəllimin suallarını cavablandırmağı öyrədir. Beləliklə, şagirdlər internetdən istifadə üçün əsas bacarıqları əldə edir, ehtiyacaları üçün telekommunikasiyaların bir hissəsini mənimsəyirlər. Digər halda müəllim dərsini qeyri-adi, əyləncəli etməyə çalışır, dərs prosesində internetdən müxtəlif şəkillər əldə edilir. O, internet texnologiyalarının hesabına dərsin əyanəliyini artırır.
Leyla müəllimə internet şəbəkəsi resuslarını mənimsəyərək, öz dərslərində şagirdlərə tədris məsələlərini həll etməyi təklif edir, lahiyələr təklif edərək onların hazırlanmasında tədqiqat işlərinin aparılmasını tövsiyə edir.
L.Əzimova yaxşı bilir ki, tədris prosesində internet texnalogiyalarının, telekommunikativ vasitələrin istifadə edilməsi innovasiya proseslərinin tətbiq edilməsi haqqında danışmağa imkan verir və qarşıya qoyulan məsələlərin araşdırılmasını zəruri edən yeni tədqiqatların aparılmasını tələb edir.
Leyla müəllim yaradıcı təhsil işçisi kimi bir sıra layihələrdə iştirak edərək Sertifkatlat alsa da, bununla kifayətlənmir. Yeni layihələr üzərində çalışır. Bu layihələrdən birinin məqsədi yaşadığımız şəhərin tarixi, təbii gözəllikləri, yerli geyimləri, sosial və mədəni xüsusiyyətlərini tədqiq edərək tanımaları, qrup çalışmalarına fəal qatılmaları, şagirdlərdə tarixi və mədəni şüur formalaşdırmaqdan ibarətdir.
Digər bir layihənin məqsədi isə mədəniyyətlərarası ünsiyyəti təşviq etmək və hər yaşa uyğun şagirdlər üçün bir mövzu ətrafında iştirakçı ölkənin mədəniyyətlərindəki oxşar və fərqlilikləri müəyyənləşdirmək, ölkənin incəsənət və mədəniyyətini özündə əks etdirən açıqcalar hazırlamaqdan ibarətdir.
Leyla müəllim eyni zammanda ABŞ-ın Oklahama ştatını Morris Middle school məktəbi ilə Global Citizenship (Qlobal vətəndaşlıq) layihəsi çərçivəsində skayp danışıqları aparmağa və şagirdlərimizlə Amerika şagirdləri arasında qarşılıqlı online məktublaşma sistemini yaratmaq üçün geniş fəaliyyətə başlamışdır. Burada şagirdlərin əsas məqsədi Azərbaycanın və Qarabağın tarixi həqiqətlərini dünayaya çatdırmaqdır. Göründüyü kimi, Leyla müəllimə əsl pedaqoq, əsl vətəndaş kimi daim axtarır, arayır. İnanırıq ki, yaxın vaxtlarda o, qarşıya qoyduğu planları layiqincə yerinə yetirəcək. Bu yolda ona uğurlar arzulayırıq.
Uğurlar arzulayırıq                          Səxavət Əliyev,
məktəbin tərbiyə işləri üzrə direktor müavini

Şərh Yaz