DİN-nin Polis Akademiyasına qəbul

DİN-nin Polis Akademiyasına qəbulAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi 2018-2019-cu tədris ili üçün DİN-nin Polis Akademiyasına əyani təhsil üzrə kursantların qəbuluna dair müsabiqə elan edir

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında əyani təhsil üzrə 150 kursantın qəbulu üçün müsabiqə elan edir.
Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm. (qızlar üçün 160 sm.), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2018-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

Sənədlərin qəbulu 2018-ci ilin yanvar ayının 10-dan fevral ayının10-dək hər gün (Bazar və bayram günləri istisna olmaqla) saat 10-dan 17-dək İsmayıllı Rayon Polis Şöbəsində həyata keçiriləcək.
Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
–“ şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);
–“ təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);
–“ yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
–“ ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);
–“ oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
–“ 9×12 sm. ölçüdə 2 ədəd, 4×6 sm. ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Əlaqə telefonu: (050) 647 -32 -17
İsmayıllı Rayon Polis Şöbəsi

Şərh Yaz