Sevincimizə səbəb olan qələbələr

Respublikamızın rayonları içərisində İsmayıllı rayonu təhsil uğurları ilə seçilir. Qazanılan nailiyyətlərdə məktəbimizin də inkarolunmaz rolu var. Təhsil aldığım məktəbin savadlı müəllim heyəti və çalışqan şagirdləri qazanılan uğurların sayını gündən-günə artırır.
Sevincimizə səbəb olan qələbələr
Məktəbimiz tədris ilinə bu il də uğurla başlayıb. XI sinif şagirdi Babək Manafov hər il kecirilən “Elektron təhsil müsabiqəsi”ndə müvəffəqiyyətlə iştirak edərək nominant olub. Azərbaycan Respublikasının Fövqəladə Hallar və Təhsil Nazirliyi tərəfindən kecirilən “Fövqəladə hallar usaqların gözü ilə” musabiqəsində isə Babək müvəffəqiyyətlə iştirak edərək qalib olub.
Babək Manafov məktəbimizin fəal, nümunəvi şagirdlərindəndir. Təhsilə bağlılığı, davranışı, mədəniliyi ilə müəllimlərin, sinif yoldaşlarının hörmətini qazanıb. O, məktəbin ictimai işlərində də fəaldır.
Sevincimizə səbəb olan qələbələri münasibəti ilə Babəki təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq.
Behbud Məmmədov,
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi

Şərh Yaz