Məktəbli-valideyn

Məktəb, maarif, təhsil işi ilə həmişə maraqlanan ulu öndərimiz Heydər Əliyev müəllimlik peşəsini ürəkdən sevmiş, müəllim əməyinə yüksək qiymət vermişdir.
“Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, onu daha da yaxşı bilməlidirlər… Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”.
Məktəbli-valideyn
“Milli ideРѕlРѕgiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çРѕx ciddi fikir vermək lazımdır. Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər”.
Yeniyetmə və gəncВ¬lərin gələcəyin savadlı mütəxəssisi, layiqli vətəndaşı kimi fРѕrmalaşması üçün bütün cəmiyyət maraqlı Рѕlmalıdır, xüsusən də məktəblə ailənin birgə fəaliyyəti təmin edilməlidir. Ümummilli liderimiz həmin məsələyə də diqqət yetirərək demişdir: “Məktəblə ailənin sıx, qarşılıqlı əlaqəsi Рѕlmadan mükəmməl tərbiyə Рѕla bilməz, çünki bu prРѕses kРѕmpleks bir prРѕsesdir və Рѕnun səmərəliliyini valideynlərlə pedaqРѕqların birgə səyi ilə yüksəltmək lazımdır”.
Milli dəyərlərimiz haqqında müasir dərsliklərdə geniş yer verilsə də, bu dəyərlərin sinifdənxaric və məktəbdənkənar tədbirlərlə əlaqələndirilməsi şagirdin bir şəxsiyyət kimi yetişməsinə və mövzuların daha da mükəmməl mənimsədilməsinə nail ola bilər . Belə dərnəklər istedadlı şagirdlərin üzə çıxarılmasında əvəzedilməz rola malikdir. Г‡ünki yeni metodların tətbiqi şagirdlərin inkişafında xeyirli vərdişlərlə yanaşı ziyanlı vərdişlər də aşılayır. Testlərin daha çox tətbiqi şagirdlərin şifahi nitqinin inkişafını ləngidir. Texnologiya və informasiyanın yayıldığı bir dövrdə şagirdlər bədii kitab oxumaqdan uzaqlaşırlar. Dərsdən sonra internet klublara və zərərli vərdişlərə meyllənən şagirdlər də olur. Bu zərərlərdən şagirdləri uzaqlaşdırılaraq üçün Azərbaycanın dövlətçilik tarixində xüsusi günlərin, tarixlərin vətənpərvərlik tərbiyəsi aşılamaqda rolu var. Şagirdin şəxsi və mənəvi keyfiyyətlərə ibtidai sinifdə yiyələnməsini nəzərə alsaq, görərik ki, burada əsas iş sinif müəlliminin üzərinə düşür.
Azərbaycan təhsilində həyata keçirilməkdə olan islahat proqramının əsas tələblərindən biri olan gənclərin milli mənəvi dəyərlərimizə, tariximizə, adət-ənənəmizə, dilimizə hörmət və ehtiram ruhunda tərbiyə olunmasını əsas götürərək “Məktəbli-valideyn” layihəsinin əsas məqsədi məktəbdə dərs saatlarından sonra dərnəklər təşkil etməklə ibtidai sinif şagirdlərinin şəxsiyyət kimi yetişməsinə, müsbət şəxsi və mənəvi keyfiyyətlərə sahib olmasına, onlarda vətənpərvərlik hisslərinin güclənməsinə dəstək olmaq, zərərli vərdişlərdən uzaq olmalarına nail olmaqdan ibarətdir. Bundan başqa layihə dərsdən sonra təşkil olunacaq dərnəklər hesabına valideynlərin məktəblə sıx əlaqə yaradaraq bir növ “Məktəbli-valideyn”ə çevrilməsinə hədəflənib.
Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmiş müsabiqədir. Qalib müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib. Və fərdi kateqoriya üzrə qalib layihələrdən biri də “Məktəbli-valideyn” layihəsidir.
İcra müddəti 3 ay olan “Məktəbli-valideyn” layihəsi öz işini tərtib etdiyi icra planı üzrə müvəffəqiyyətlə davam etdirir . Layihə rəhbəri İsmayıllı rayon Topçu kənd tam orta məktəbinin sinif müəllimi Gülər Babayeva, layihə iştirakçıları III a sinif şagirdləri və valideynləri həyata keçirilən digər layihələrə də uğurlar arzulayırlar.
Gülər Babayeva,
layihənin rəhbəri

Şərh Yaz