Turizmin təşkili seminarın mövzusu olub

28 oktyabr 2017-ci il tarixində Uşaq kitabxanasında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin “Turizm və onun təşkili” ixtisası üzrə təhsil alan tələbələr üçün “Qəbul, yerləşdirmə və xidmətin təşkili” mövzusunda seminar keçirilib. Seminarda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin 25 nəfər tələbəsi iştirak edib.
Turizmin təşkili seminarın mövzusu olub
İki saat davam edən seminarın birinci saatında hotellərdə xidmətin yüksək səviyyədə təşkili, personalın vəzifə öhdəlikləri haqqında məlumatlar diqqətə çatdırılıb. Saatlar arasındakı 10 dəqiqəlik çay fasiləsindən sonra “Özünü inkişaf” mövzusunda söhbət gedib. Seminarın aparıcısı İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı, eyni zamanda Kollecdə müəllim kimi çalışan Kənan Rəhimov olub.
Qamət Şəfalı,
kollecin tələbəsi

Şərh Yaz