Sahibkarlar və sahibkarlıq fəaliyyətinə başlayanlar üçün maarifləndirici treyninq

2 noyabr 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzi tərəfindən “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “İnvestisiya təşviqi sənədinin verilməsi qaydası” və “İxrac sahəsində güzəştlərin tətbiq edilməsi” mövzusunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirici treyninq keçirilib.
Sahibkarlar və sahibkarlıq fəaliyyətinə başlayanlar üçün maarifləndirici treyninq
Tədbirdə “Mənşə ekspertiziyalarının aparılması qaydası və ixrac zamanı güzəştlərin tətbiqi,” “İnvestisiya təşviqi müraciətinin qeydiyyatı və emalı prosesləri”, “İxrac yönümlü məhsul istehsalının stimullaşdırılması prinsipləri” və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bölmə müdiri Hicran Abdullayeva və nazirliyin nümayəndəliyinin rəhbəri Akif Abbasov gündəlikdə duran mövzularla əlaqədar ətraflı çıxış edərək iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Şahin Hüseynov rayonumuzda sahibkarlığın vəziyyəti və inkişaf perspektivləri barədə danışıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz