Ahıllara diqqət artmaqdadır

1 Oktyabr – Beynəlxalq Ahıllar Günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.
Ahıllara diqqət artmaqdadır
Ahıllara diqqət artmaqdadır
Ahıllara diqqət artmaqdadır
Ahıllara diqqət artmaqdadır
Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Ölkəmizdə yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.
Ölkəmizdə əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin sakinləri tam dövlət qayğısı ilə əhatə olunublar. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əlieyava da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın Birinci xanımı, Birinci Vitse-prezidentinin təşəbbüsü ilə Fondda ahıllarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günündə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur: qocalar səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri keçirilir. Bütün bu tədbirlər isə Azərbaycan dövlətinin qüdrətini və onun hər bir vətəndaşına olan qayğısının göstəricisidir.

***
Beynəlxalq Ahıllar Günü münasibəti ilə İsmayıllı rayonunda keçirilən tədbirlərə gəlincə, rayonun əksər yaşayış məntəqələrində ahıllar öncədən müəyyənləşdirilmiş, onların ziyarət olunması, qayğı və problemlərinin öyrənilməsi planlaşdırılmışdır.
Kənd və qəsəbələrlə yanaşı İsmayıllı şəhərində ahıllarımız ziyarət olunub. Ziyarətçilər –“ İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Rayon Mərkəzi Xəstəxananın, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin kütləvi informasiya vasitələrinin nümayəndələri ahılların yaşadıqları ünvanlara gediblər.

***
Üz tutduğumuz birinci ünvan uzun illər İsmayıllı rayonunda fəaliyyət göstərmiş redaksiyanın mühasibi vəzifəsində çalışmış Yəvər Kəbirovanın yaşadığı ev oldu. Ağır xəstə olduğu üçün Yavər xanım bizi sadəcə baxışları ilə qarşıladı. Salamlarımızı, sorğularımızı da baxışları ilə cavablandırdı. Təəssüflər olsun ki, illər öncəsi iş yoldaşları, yaxınlarla olan şirin, duzlu-məzəli söhbətlərini bu dəfə eşitmədik onun. Amma səssiz baxışlarından daxilən sevindiyini, elə bu səbbədən kövrəldiyini də aydınca duyduq.
Yavər xanıma Allahdan şəfa diləyib sağollaşdıq, təkrar gələcəyimizi vəd etdik. O da mehriban, razılıq ifadə edən baxışları ilə bizi yola saldı.

***
Xəbərdarlıq etmədən getdiyimiz üçün Xamis müəllim döyülən qapını açanda təəccübünü gizlədə bilmədi.
Ziyarətçilər arasındakı ağsaqqal, Dövlət qulluğu veteranı Valeh Salehov gəlişin məqsədini açıqladı:
– Xamis müəllim, sizi Ahıllar günü münasibəti ilə təbrik etməyə gəlmişik. Gümrah olmağınız, qapıya şəxsən çıxmağınız bizi çox sevindirdi.
Ağsaqqal ziyalı, tələbəlikdən sonrakı ömrünü İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində müəllimliyə, yetişən nəslin təlim-tərbiyəsinə həsr etmiş Xamis Ağayev qapısını açanları bir-bir salamladı, öz övladı kimi bağrına basıb öpdü. Qonaqlarını evə, çay içməyə dəvət etdi. Evin sahibəsi Pakizə müəllim: Г‡ayımız hazırdır, buyurun, evə çıxın, – dedi. Təşəkkür edib, müəllimlər müəllimini evin pilləkəni qarşısında söhbətə tutduq.
Ötən illərin xatirələri vərəqləndi. Ziyarətçilər Xamis müəllimin şirin söhbətlərinə qulaq asdıqca, sevinərəkdən onun hafizəsinə, səmimiyyətinə, alicənablığına heyranlıqlarını bildirdilər.
Başqa ünvana getmək məsələsi olmasaydı, söhbət hələ davam edəcəkdi. Xamis müəllimlə sağollaşanda müəllim günündə görüşəcəyik deyib ona və ömür-gün yoldaşı Pakizə xanıma xoş günlər, can sağlığı arzulayıb növbəti ünvana yollandıq.

***
Qureyiş müəllimin ünvanına getmək üçün bələdçiliyi Gənclər və İdman İdarəsinin əməkdaşı Səbuhi Əzizov öhdəsinə götürdü. Məncə, bu qapı olmalıdır, – desə də, ünvan dəqiq idi.
Qureyiş xanım institutu bitirəndən pensiyaya çıxana qədər müəllimlik edib. Uzun illər şəhər 2 nömrəli orta məktəbin direktoru işləyib. Г‡alışqanlığı, səmimiyyəti, ictimai işlərə bağlılığı ilə rayon ictimaiyyətinin dərin hörmətini qazanıb.
Qureyiş Mikayılova dərs dediyi şagirdləri bir ana kimi sevdiyindən, onların uğur və nailiyyətlərinə ürəkdən sevindiyindən danışdı. Elə danışdı ki, sanki məktəblə elə dünən vidalaşıb. Amma arxada qalan illəri üçün heyifslənmədi bu bəstəboy, böyük ürəkli qadın. Xalqına, Vətəninə xidmətdə keçirdiyi illərin bəhrəsinə görə özünü xoşbəxt hesab etdi. Söhbətinin sonunda bildirdi ki, bu gün ahıl insanlara verilən bu dəyər, göstərilən bu qayğı müstəqilliyimizin, gündən-günə tərəqqi edən respublikamızın qüdrətlənməsi, Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi gündəlik diqqət və qayğısının nəticəsidir.

***
Növbəti ünvanda döydüyümüz qapını elə rayonun ahıllarından biri olan Minayə Nəbiyeva özü açdı. Gəlişin məqsədi açıqlanandan sonra ev sahibəsinin birdən-birə necə sevinməsinin şahidi olduq. Minayə müəllimə də möhkəm can sağlığı, oğul-uşaq, nəvə-nəticə fərəhi arzulayıb təşkilatçıların hazırladıqları sövqatları təqdim edib növbəti ünvana üz tutduq.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunmuş ziyarətçilər briqadası həmin gün 30-a yaxın ünvanda oldu.
Şahməmməd Dağlaroğlu

Şərh Yaz