Vergilər ödənilərsə…

Vergilər ödənilərsə...         İsmayıllı rayonu üzrə şəhər, qəsəbə və kənd bələdiyyələrinin cari ilin birinci yarımilinin yekunları ilə əlaqədar hesabat yığıncaqlarının keçirilir.
11 iyul 2017-ci il tarixidə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədovanın iştirakı ilə rayonun Diyallı kəndində bələdiyyə sədri Kamran Nəmətovun seçicilər qarşısında hesabatı dinlənilib. Hesabat yığıncağında bələdiyyə sədri 6 ay ərzində görülən işlər, həyata keçirilən layihələr, qarşıda duran vəzifələr barədə hesabat verib.
Bildirilib ki, Diyallı bələdiyyəsi Diyallı, Sədiyan, Güyüm kəndlərini əhatə etməklə 4022 hektar əraziyə malikdir. Kənd əhalisinin əsas məşğuliyyəti taxılçılıq və heyvandarlıqdır. Ərazidə ümumilikdə 547 ev, 589 ailə vardır.
Bələdiyyə sədri hesabat dövründə yazılı və şifahi müraciətlərə, daxil olan təkliflərə müsbət yanaşıldığından, kəndin sosial infrastrukturunun yaxşılaşdırılmasında görülən işlərdən, su çəkilişi, elektrik xətlərində və kənddaxili yollarda qismən təmir aparıldığından danışıb. O həmçinin qeyd edib ki, ərazidə ideoloji işin günün tələbləri səviyyəsində qurulması baxımından keçirilən kütləvi tədbirlərə bələdiyyə dəstək durub, vətəndaşlarla dövlət arasında məqsəd birliyi istiqamətində mütəmadi iş aparılıb.
Vergilər ödənilərsə...         Bələdiyyə sədri görülən işlərlə bərabər əhalinin gündəlik tələbatını təmin edən bəzi sosial məsələlərin də hələ problem kimi qalmasından söz açıb.
Vergilərin ödənilməsi məsələsinə toxunan sədr vurğulayıb ki, bəzi problemlər məhz maliyyə çatışmazlığı səbəbindəndir. O, problemlərin daha tez həlli üçün sakinləri vergiləri vaxtında və tam ödəməyə dəvət edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz