Qanvermə aksiyası keçirilib

Qanvermə aksiyası keçirilib      16 iyun 2017-ci il tarixində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə, könüllü şəkildə, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar.
Qanvermə aksiyası keçirilib      Bu xeyriyyə aksiyasının keçirilməsində məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən ibarətdir.
Aksiyaya görə Bakı şəhərindən ezam olunmuş xüsusi tibbi briqada, həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilir. Belə ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirdilər. Onlar belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz