Tütün əkini başa çatıb

Cari ildə İsmayıllı rayonu üzrə 15 hektar sahədə tütün əkilməsi planlaşdırılıb. Tütün əkənlərin şitillə təmin edilməsi məqsədilə 21 fevral 2017-ci il tarixdə Şəki şəhərində fəaliyyət göstərən “İlham M” MMC-dən 200 qram tütün toxumu gətirilib. Toxum səpini və şitillərin yetişdirilməsi Topçu, Təzəkənd və Qalınçaq kəndlərindəki istixanalarda həyata keçirilib.Tütün əkini başa çatıb   26 aprel 2017-ci il tarixdən etibarən şitillərin sahələrə köçürülməsinə başlanıb. Havaların əlverişli keçməsi nəzərdə tutulmuş sahələrə tütün şitili köçürülməsini sürətləndirib. Tütünçülər əkini başa çatdırıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz