Vətənpərvərlik ən mühüm milli-mənəvi dəyərdir

Hacıhətəmli kənd tam orta məktəbində “Vətənpərvərlik ən mühüm mənəvi dəyərdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda İsmayıllı Rayon Təhsil Şöbəsinin Metodik kabinetinin direktoru Hümbət Əsədov, metodistlər, ətraf məktəbin direktorları və fənn müəllimləri iştirak edib.Vətənpərvərlik ən mühüm milli-mənəvi dəyərdir
Vətənpərvərlik ən mühüm milli-mənəvi dəyərdir
Vətənpərvərlik ən mühüm milli-mənəvi dəyərdir
Konfransdan əvvəl vətənimizin bütövlüyü, istiqlaliyyətimiz uğrunda canını fəda etmiş əziz şəhidlərimizin və 1918-ci ildə xalqımıza qarşı erməni vandallarının törətdiyi soyqırımın qarşısını almaq məqsədi ilə yardıma gəlmiş türk ordusundan şəhid olmuş əsgərlərin məzarları ziyarət olunub, məzarları üzərinə gül dəstələri qoyulub, runlarına dualar edilib.
Konfrans iştirakçıları foyedə vətənpərvərlik mövzusunda təşkil edilmiş, şagirdlər tərəfindən hazırlanmış əli işlərindən ibarət sərgi ilə tanış olub, məktəbin uğurlarını əks etdirən stendlərə tamaşa ediblər. Maraqla qarşılanan sərgi və stendlər şagirdlərin vətənə olan sevgisini bir daha göstərmiş olub.
Sərgiyə baxışdan sonra müasir təlim metodları əsasında hazırlanmış açıq dərslər keçirilib. I sinifdə ana dili fənnindən “Qarabağ “, II sinifdə həyat bilgisi fənnindən “Vətən anadır”, III sinifdə həyat bilgisi fənnindən “Azərbaycan təbiəti”, V sinifdə Azərbaycan tarixi fənnindən “Bir kərə yüksələn bayraq”, VII sinifdə riyaziyyat fənnindən “Üçbucağın xarici bucağı və onun xassəsi”, VI sinifdə coğrafiya fənnindən “Böyük şəhərlərin böyük problemi”, VIII sinifdə Azərbaycan dili fənnindən “Həmcins üzvlər”, X sinifdə Azərbaycan dili fənnindən “Türk dilləri ailəsi” mövzularında açıq dərslər təşkil edilib.
Dərslərdə İKT vasitələrindən səmərəli istifadə olunub, müəllim və şagirdlər tərəfindən dərslər maraqla qarşılanıb. Sonda müzakirələr aparılıb, müəllimlər dərslərin gedişatı haqqında təklif və rəylərini bildiriblər.
Açıq dərslərdən sonra konfransın nəzəri hissəsi Dövlət himninin səslənməsi ilə başlayıb. Tədbiri giriş sözu ilə məktəbin direktoru Şahin Kərimov açıb. O, son illərdə Hacıhətəmli kənd tam orta məktəbinin uğurlarından, qarşıda duran vəzifələrdən, eləcə də problemlərdən bəhs edib.
Rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyeva “Vətənpərvərlik ən mühüm milli-mənəvi dəyərdir” mövzusunda məruzə edib. Məruzə ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərə milli-mənəvi dəyərlərin aşılanması yolları müzakirə edilib.
Uzun illər Hacıhətəmli kənd tam orta məktəbinə rəhbərlik etmiş, hazırda təqaüddə olan müəllim Mehdi Məmmədov “Əsil vətənpərvər vətəndaşın yetişdirilməsi yolları” mövzusu ilə çıxış edib. Müəllimin pedaqoji təcrübəsindən qaynaqlanan maraqlı çıxışı alqışlarla qarşılanıb.
Məktəbin Azərbaycan dili-ədəbiyyatı müəllimi Aliyə Məmmədovanın çıxışı “Məktəbdə vətənpərvərlik tərbiyəsinin aşılanması yolları” mözusunda olub. Müəllim vətənpərvərlik hisslərinin aşılanmasında hər bir həmkarının üzərinə böyük vəzifələrin düşdüyünü qeyd edib.
Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Əməkdar müəllim Şəfaqət Rəsulov çıxışında vətənpərvərlik tərbiyəsi ilə bağlı mülahizələrini diqqətə çatdırıb.
Məktəbin məzunu – “Neft daşları” qəzetinin redaktoru Xeyrulla Ağayev də mövzu ətrafında çıxış edib.
Məktəbin digər məzunu, şair Tərlan Saleh həmin gün dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı Piri Tağıyevə həsr etdiyi şeirini oxuyub.
Г‡ıxış edənlər bildiriblər ki, bu cür tədbirlər Təhsil Strategiyasının tələblərinə uyğun olaraq şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinə özünəməxsus rol oynamaqla yanaşı, təlim keyfiyyətinin yüksəlməsinə də ciddi müsbət təsirini göstərəcəkdir.
Məktəblilərin hazırladığı “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.
Metodik kabinetinin direktoru H.Əsədov İsmayıllı təhsilinin uğur və nailiyyətlərindən bəhs edib, bu nailiyyətlərin qazanılmasında vətənpərvərlik tərbiyəsinin əhəmiyyətini xüsusi vurğulayıb. Şagirdlərin şəxsiyyət kimi formalaşmasında böyük rolu olan bu cür tədbirlərin davamlı keçiriləcəyini qeyd edib.
Sonda konfransın hazırlanmasında əməyi olan bir qrup müəllimə Rayon Təhsil Şöbəsinin Fəxri fərmanları təqdim edilib.
Rəşid Məmmədov,
Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz