Səfərdən iki kubokla dönüblər

İsmayıllı məktəblilərinin “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Respublikamızın Gəncə, Şəmkir və Göygöl bölgəsinə 23 mart 2017-ci il tarixdə başlanan səfəri üç gün davam edib.
Mart ayının 26-da səfərdən qayıdan tur-aksiya iştirakçılarını İsmayıllıda Heydər Əliyev adına Mərkəzi Meydanda rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və valideynlər qarşılayıblar.
Səfərdən iki kubokla dönüblər
Tur-aksiya zamanı şagirdlərimiz Şamaxı, Qəbələ rayonlarından olan yaşıdlarına “Nə? Harada? Nə zaman?” intellektual oyununda qalibi gələrək İsmayıllıya iki kubokla geri dönüblər. Komandanın kapitanı İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbinin XI sinif şagirdi Aqşin Nəzərli qeyd edib ki, yarış gərgin keçməyinə baxmayaraq komanda olaraq qalib gəlməyi başardıq.
Arzu Mitəlova bildirib ki, bu cür aksiyalar cənab Prezident İlham Əliyevin gənc nəslə göstərdiyi diqqət və qayğının nəticəsidir. O, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Məktəblilər qeyd ediblər ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən tur-aksiya şagirdlərin vətənimizi daha yaxından tanımaları üçün gözəl imkandır.
Gülnarə Mirzəliyeva

Şərh Yaz