Bayram ərəfəsində yubiley tədbiri

Hər bir xalqın həyatında, məişətində çoxlu bayramlar vardır. Azərbaycan xalqının da baharın, yazın, bununla həm də yeni təsərrüfat ilinin başlanması şərəfinə böyük təntənə ilə hər il qeyd etdiyi bayram Novruz bayramıdır. Qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının rolu əvəz olunmazdır. Novruz təkcə bir neçə günü əhatə edən bayram deyil. Həm də uzun bir təqvim müddətini öz ətrafında cəmləşdirən mərasim kompleksidir.Bayram ərəfəsində yubiley tədbiri
Bayram ərəfəsində yubiley tədbiri      Biz hər il Novruza qədər 4 çərşənbəni qeyd edirik. Hər çərşənbədə Novruza bir addım da yaxınlaşırıq.
El arasında Yel çərşənbəsi adlanan üçüncü çərşənbə Tircan kəndində də qeyd edildi. Tədbirdə kəndin icra nümayəndəsi, bələdiyyə sədri, Tircan kənd tam orta məktəbinin müəllim və şagird kollektivi və kənd sakinləri iştirak edirdilər. Şagirdlərin ifasında mahnılar səsləndi və rəqslər ifa edildi. Qonaqların təbrikləri dinlənildi.
Bu şənliyimizdə həm də rayonumuzun fəxri, respublikamızın Əməkdar mədəniyyət işçisi, el ağsaqqalı Aşıq Yanvar Bədəlovun 75 illik yubleyi qeyd edildi. Tədbirdə Aşıq Yanvarın şeirləri səsləndirildi , ifası dinlənildi. O, ifaları ilə həmişə olduğu kimi, bu tədbirdə də böyük bir çoşqu yaratdı.
Tədbirdə “ARB“ televiziya kanalının əməkdaşları da iştirak etdilər. Gözəl tədbirimizi lentə alıb yayımladılar
Biz də xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdik. Aşıq Yanvara da həyatda can sağlığı və uğurlar arzuladıq.
Gülyanaq Əliyeva,
Tircan kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz