Uğurlar sevindiricidir və ildən-ilə artmaqdadır

Yanvar ayımın 9-da İsmayıllı RİH başçısının Lahıc qəsəbə İƏD-i üzrə nümayəndəliyinin akt zalında 2016-cı ildə nümayəndəlikdə görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib. İsmayıllı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova yığıncaqda iştirak edib. Uğurlar sevindiricidir və ildən-ilə artmaqdadır
 Uğurlar sevindiricidir və ildən-ilə artmaqdadır    Yığıncaqda Lahıc qəsəbə İƏD-i üzrə nümayəndə Fikrət Haqverdiyev hesabat məruzəsi ilə çıxış edib. Onunla yanaşı, inzibati ərazidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların hesabatları dinlənilib.
Hesabatda vurğulanıb ki, Lahıc qəsəbə İƏD-i qəsəbə daxil olmaqla, Ərəgit, Namazgah və Bağəli kəndlərini əhatə edir. Ərazidə yaşayanlar əsasən sənətkarlıq və maldarlıqla məşğuldurlar.
İnzibati ərazidə Lahıc qəsəbə tam orta, Namazgah ibtidai məktəbləri vardır. Qəsəbədəki orta məktəbin uğurları sevindiricidir və ildən-ilə artmaqdadır.
Bundan əlavə ərazidə Lahıc qəsəbə sahə xəstəxanası, Lahıc Tarix-Mədəniyyət qoruğu, Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Lahıc Turizm-İnformasiya Mərkəzi, yanğından mühafizə bölməsi, poçt şöbəsi, 512 nömrəli ATS, Lahıc qəsəbə və Ərəgit kənd kitabxanaları, baytarlıq məntəqəsi, 2 hamam, 50-yə yaxın sənətkarlıq emalatxanası, 15 mağaza, 10-a yaxın iaşə müəssisəsi, 4 mehmanxana xidmət göstərir.
Qəsəbədə çoxsaylı bulaqlar yerli sakinlərin və qonaqların istifadəsindədir. Ərazinin abad və təmiz saxlanması il boyu diqqət mərkəzində olub. Bunu həm gündəlik işimiz, həm də əraziyə olan turist axını tələb edir.
Hesabat ilində qəsəbədə “İcma bazarı” tikilib. Girdiman çayının qəsəbə yanından keçən 110 metr hissəsinə beton bənd çəkilib. Daha 100 metr bəndin çəkilməsi nəzərdə tutulub. Qəsəbədə tikilib istifadəyə verilən “Xeyir-şər” evi də 2016-cı ildə görülmüş işlərdəndir. Yaşıllaşdırma işini genişləndirmək məqsədi ilə 150 ağac əkilib.
2017-ci ildə qəsəbəyə təbii qaz xəttinin çəkilməsi, yeni məktəb binasının tikilməsi, İsmayıllı-Lahıc yolunun son 5 kilometrinə asfalt vurulması, mədəniyyət mərkəzi binasının tikilməsi, istirahət bağlarının salınması, küçə və meydanlarda abadlıq işlərinin davam etdirilməsi nəzərdə tutulub.
Lahıc qəsəbə inzibati ərazi dairəsində hesabat ilində heç bir neqativ hal baş verməyib.
Qəsəbə ərazisində fəaliyyət göstərən 4 məsciddə əhalinin dini etiqad tələbatları tam ödənilib.
Məruzə ətrafında çıxışlarda görülən işlərdən razılıq əlaməti olaraq nümayəndəliyin il ərzində gördüyü işlər qənaətbəxş sayılıb.
Rasim Rəhimov,
İsmayıllı RİH başçısının Lahıc qəsəbə İƏD-i üzrə nümayəndəsinin müavini

Şərh Yaz