Bayram tədbirləri davam edib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə İsmayıllı rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı əsasında fiziki qüsurlu və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün kukla teatrının “Bir də etmərəm” adlı tamaşası nümayiş etdirilib. Bayram tədbirləri davam edib
Uşaqlar tədbirdə valideyinləri ilə birgə iştirak edib. Tamaşanın sonunda uşaqların görüşünə gələn Şaxta baba onların sevincinə sevinc qatıb. Mədəniyyət Mərkəzində bayram tədbirləri və tamaşalar tətil günlərində də davam etdirilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz