Daha dərin bilgiyə zəmin

İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Daha dərin  bilgiyə zəmin
Tədbirdə İsmayıllı RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov, İsmayıllı Rayon Polis Şöbəsinin azyaşlılarla iş şöbəsinin rəisi Əbülfət Yarıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Elnur Mehdiyev, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Gülnar Mikayılova, məktəbin bir neçə müəllimi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Gündüz Qədirov açıb və gələn qonaqları təqdim edib, bu qəbildən olan görüşlərdə şagirdlərin dünyagörüşünə verilən istiqamətin vacibliyindən söz açıb.
Maarifləndirmə işi ilə uşaqların hüquq və vəzifələri haqqında geniş söhbət aparılıb və gələcəkdə dövlətimizə layiqli vətəndaş olmaq üçün tövsiyələr verilib.
Görüşdə çıxış edənlərin hər biri misal və nümunələrlə şagirdlərin öz hüquq və vəzifələrini daha yaxşı bilmələri üçün zəmin yaradıblar. Diskusiya şəklində qurulmuş görüşdə şagirdlərin dövlət və qanun, hüquq və vəzifələrimiz, milli-mənəvi dəyərlərimiz, zərərli vərdişlərdən kənar durmaq və bu kimi vacib məsələlərdən ətraflı danışılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. Məktəbin direktoru G.Qədirov bir daha tədbirin əhəmiyyətindən söz açıb, qonaqlara və iştirakçılara minnətdarlığını bildirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz