Biznes quruculuğuna həvəsləndirilmə tədbiri

“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyinin “Region gənclərinin kiçik biznes quruculuğuna həvəsləndirilməsi” mövzusunda tədbiri 17 noyabr 2016-cı il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində keçirilib.
Biznes quruculuğuna həvəsləndirilmə tədbiri
Biznes quruculuğuna həvəsləndirilmə tədbiri
Tədbiri Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov açaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən sahibkarlara göstərilən diqqət və qayğıdan danışıb, rayonda gənc sahibkarların bizneslə məşğul olması üçün çox əlverişli şəraitin olmasını bildirib.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək, bu tipli layihələrin İctimai Birlik tərəfindən rayonumuzda təşkilinə görə minnətdarlığını bildirib, tədbirin keçirilməsinin gənclərimizə müsbət təsirini qeyd edib.
Daha sonra “Bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyinin əməkdaşı Nail Şükürov çıxış edərək layihənin gənclərin biznes quruculuğu və idarəçiliyi vərdişlərinə yiyələnməsi sahəsində böyük rola malik olduğunu bildirib,”Sahibkarlıq və biznes” mövzusunu şərh edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz