Hüquq və vəzifələrimizi daha yaxşı bilək

Təzəkənd kənd tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə İsmayıllı RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov, İsmayıllı Rayon Polis Şöbəsinin azyaşlılarla iş şöbəsinin rəisi Əbülfət Yarıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Elnur Mehdiyev, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Gülnar Mikayılova, məktəbin bir qrup müəllimi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Hüquq və vəzifələrimizi daha yaxşı bilək
Maarifləndirmə işi ilə uşaqların hüquq və vəzifələri haqqında geniş söhbət aparılıb və gələcəkdə dövlətimizə layiqli vətəndaş olmaq üçün tövsiyələr verilib.
Görüşdə çıxış edən natiqlər misal və nümunələrlə şagirdlərin öz hüquq və vəzifələrini daha yaxşı bilmələri üçün zəmin yaradıblar.
Tədbirin sonunda məktəbin direktoru Elxan Bədəlov bir daha tədbirin əhəmiyyətindən danışaraq qonaqlara və iştirakçılara öz minnətdarlığını bildirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz