İsmayıllı VKC növləri üzrə çempionatda

VKC növləri üzrə Azərbaycan Karate Do Federasiyası tərəfindən 23 oktyabr 2016-cı il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksində Müstəqillik Gününə həsr olunmuş VKC növləri üzrə Azərbaycan çempionatı keçirilib.
İsmayıllı VKC növləri üzrə çempionatda
Bu münasibətlə İsmayıllı Olimpiya-İdman Kompleksində yarışın açılış mərasimi olub. Tədbiri VKC növləri üzrə Azərbaycan Karate Do Federasiyasının prezidenti Nurəddin Quliyev açaraq Respublikanın müxtəlif bölgələrindən yarışa qoşulan çoxsaylı idmançıları salamladı, onlara şəxsi birincilik üzrə keçiriləcək yarışda zəfər çalmağı arzulayıb. Dövlətin idmana olan qayğısını iştirakçıların diqqətinə çatdırıb.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov rayonumuza gələn qonaqları salamlayıb, onları rayonumuzda görməkdən məmnunluğunu ifadə edib. Cənab Prezident İlham Əliyevin ölkə idmanına xüsusi qayğısını vurğulayıb. Milli Müstəqilliyimizin tarixindən, bugünkü inkişafımızdan geniş danışıb və iştirakçıları bayram münasibətilə təbrik edib.
Ardınca çempionata start verilib.
Gərgin döyüş şəraitində güclülər bəlli olub. Qaliblər federasiyanın diplom və medalları ilə mükafatlandırılıblar.
Ş.Qafarova

Şərh Yaz