Veteranların məşğulluğu diqqətdədir

29 iyul 2016-cı il tarixdə İsmayıllı şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Köməklik” ictimai birliyinin şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları və onların ailə üzvləri ilə tədbir keçirib.
Veteranların məşğulluğu diqqətdədir
Rayon İcra Hakimiyyəti başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov tədbirin təşkilatçılarını və iştirakçılarını salamlayaraq sözü “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Köməklik” ictimai birliyinin sədri Məmmədhəsən Həsənova verdi.
M.Həsənov şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri və veteranlarının işsizlik problemlərinin daha səmərəli və qısa zamanda həlli üçün Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin həllinə Köməklik ictimai birliyinin hazırladığı təkliflər paketi ilə tədbir iştirakçılarını tanış edib. Layihənin əsas məqsədi şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarının məşğulluğunun artırılması və işsizliyin aradan qaldırılmasına xidmət etmək olduğu bildirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Ehtiram Manafov

Şərh Yaz