İsmayıllı bu sahədə də fərqlənib

İsmayıllı Peşə Tədris Mərkəzində (İPTM) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Peşə məktəbləri üçün liderlik və pedaqoji təlim” mövzusunda seminar keçirilib. Seminarda təlimlərə cəlb olunanlar İPTM-nin müəllimləri və istehsalat təlimi ustalarıdır.
İsmayıllı bu sahədə də fərqlənib
Layihənin rəhbəri avstriyalı Kristine Voqoviçdir. O, Aqrar və Ətraf Mühitin Pedaqogikası üzrə ali məktəb rektorunun müavinidir. Layihəyə yerli təlimçi kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin əlavə təhsil fakültəsinin metodisti Nazir Məmmədov, 12 nömrəli Bakı Peşə Liseyinin direktoru Pərviz Həmzəyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Dilguşə Süleymanova, Polad Poladov və GİZ direktorunun Azərbaycan üzrə köməkçisi, təlimin təşkili işlərinə məsul şəxs Aynur Əliyeva cəlb olunub.
Məlumat üçün bildiririk ki, GİZ 2014-cü il tarixdən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı”nı həyata keçirir. Bu proqram “Peşə təhsilinin və məşğulluğunun təşviq komponenti çərçivəsində peşə ixtisas təhsili və təlimi sahəsində çalışan mütəxəssislər üçün cari ilin may-iyul ayları ərzində “İdarəetmə və pedaqogika üzrə Təlim Proqramı” modul strukturu daxilində məktəb idarəçiliyi, peşəkar pedaqogika, didaktika kimi peşə təhsilinə dair məsələlər nəzərdə tutulurb.
Layihənin məqsədi peşə təhsili sistemində çalışan pedaqoji kadrların inkişafının davamlılığını təmin etmək və təlimçilər yetişdirməkdən ibarətdir. 3 günlük seminarın sonunda dinləyicilərə sertifikatlar verilib.
Sevindirici haldır ki, Quba, Xaçmaz, Göyçay Peşə Liseyərində təlim keçən təcrübəli mütəxəssislər İsmayıllı PTM-nin işindən, müəllimlərin və istehsalat təlimi ustalarının hazırlığından razı qaldıqlarını bildiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz