Gənc kadrlarda liderlik keyfiyyəti

YAP İsmayıllı rayon təşkilatının Gənclər Birliyinin ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə şəhər 2 nömrəli tam orta məktəbinin kollektivi ilə birgə keçirilən tədbirdə söhbət gənc kadrlara liderlik keyfiyyətinin aşılanmasından gedib.
Gənc kadrlarda liderlik keyfiyyəti
Tədbirdə YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin sədri Şəhla Qafarova çıxış edib. O, ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bugün üçün deyil, gələcək üçün də çox əhəmiyyətli olduğunu söyləyib. Bildirib ki, illər keçdikcə biz bunu daha aydın görür və dərk edirik. Heydər Əliyevin idarəçilik məharəti çox zəngin təcrübə məktəbi tükənməz bir xəzinədir. İllər keçdikcə nəsillər bu təcrübədən bəhrələnəcəklər.
Məktəbin direktoru Ramil Dadaşov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən kadr siyasəti dövlətçiliyimizin bütün sahələrində yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq və informasiyadan istifadə etmək qabiliyyətinə malik olan kadrların hazırlanmasına, onların cəsarətlə seçilib irəli çəkilməsinə böyük zəmin yaratdığından danışıb.
Xalqın və dövlətin gələcəyinin məhz yüksək ixtisaslı, peşəkar və vətənpərvər insanlarda görən Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində ölkənin maddi imkanlarının məhdudluğuna baxmayaraq bu işi dünya miqyasına çıxarmış, yüzlərlə gənci təhsil almaq üçün xarici ölkələrə göndərmişdir.
Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş fərmanla təsdiq olunan Dövlət Proqramına əsasən hər il yüzlərlə gənc inkişaf etmiş xarici dövlətlərin qabaqcıl ali təhsil müəssisələrində ixtisaslı kadr kimi (o cümlədən idarəetmə ixtisasları üzrə) yetişirlər. Azərbaycanın özündə idarəetmə sahəsində milli kadrların hazırlanması üçün müstəqillik illərində bir neçə yeni elm və təhsil ocaqları yaradılmış, mövcud ali məktəblərdə yeni dövrün tələb etdiyi mütəxəssislərin hazırlanması işi təşkil edilmişdir. Burada ümummilli lider Heydər Əliyevin 3 yanvar 1999-cu il fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını xüsusi qeyd etmək lazımdır.
Tədbirin sonunda məktəb şagirdlərinin ifasında Ulu öndərin həyat və fəaliyyətini əks etdirən kompozisiya göstərilib.
Ramid Qasımov

Şərh Yaz