Bəyənilən sərgi

Təqvimimizdə ən xoş günlərdən biri 10 maydır. Azərbaycan xalqı bu günü artıq neçə illərdir ki, bayram kimi qeyd edir. Səbəb budur ki, müasir, müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu ulu öndər Heydər Əliyev məhz bu gözəl gündə dünyaya gəlib.
Bəyənilən sərgi
Xalqımız bu il onun anadan olmasının 93-cü ildönümünü özünün şərəfli adına layiq qeyd etdi. Keçdiyi mənalı ömür yoluna dərin ehtiramla nəzər yetirdi. Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nomrəli tam orta məktəbdə də yaddaqalan tədbir keçirildi.
Məktəbimizin müəllim və şagird kollektivi bir araya gələrək dahi şəxsiyyətə ehtiram əlaməti olan sərgi təşkil etdi. Sərgidə istedadlı şagirdlərimizdən Aytən Balayevanın, Nigar Mirzəyevanın, Rəqsanə Osmanovanın, Pərvin Əşrəflinin, Mehdi Yəhyayevin və başqalarının Ümummilli liderlə bağlı əl işləri nümayiş olundu.
Rayonun Mərkəzi Meydanında keçirilən “Kitab bayramı”nda məktəblilərimizin “Kitab bilik mənbəyidir” mövzusunu əhatə edən əl işləri baxanların zövqünü oxşadı.
Ulu öndərin doğum gününə həsr olunmuş sərgidə şagirdlərimiz bu ölməz şəxsiyyətə olan sevgi və ehtiramlarını hazırladıqları əl işlərində peşəkarcasına əks etdirə bilmişdilər.
Xəyalə Kərimova,
məktəbin uşaq təşkilatı rəhbəri

Şərh Yaz