Dövlətimizin qüdrətinə və rəhbərinə inam

Aprel ayının 21-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Milli Məclisin üzvü Novruzəli Aslanovla birgə İsmayıllı şəhərinin məcburi köçkünlərin yaşadığı yaşayış massivində sakinlərlə görüşüb.
Görüş zamanı 2-5 aprel tarixlərində torpaqlarımızın düşmənlərdən təmizlənməsi məqsədi ilə təmas xəttində cərəyan edən hərbi qarşıdurmadan, bu işdə silahlı qüvvələrimizin müzəffər zəfərlərindən söz açılıb. Ata-baba torpaqlarını, yurd-yuvasını itirmiş insanlar Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü siyəsətə tərəfdar olduqlarını bildiriblər.
 Dövlətimizin qüdrətinə və rəhbərinə inam
Tədbir iştirakçılarının əksəriyyəti torpaqlarımızın düşmənlərdən tam təmizlənməsi üçün döyüşə atılmağa hazır olduqlarını bildiriblər. Г‡ıxış edənlər ermənilərin gec-tez bu torpaqları tərk edəcəklərinə ümidvar olduqlarını ifadə ediblər.
Tədbirdə çıxış edən RİH-nin başçısı M.Sadıqov və N.Aslanov son hadisələrdə Azərbaycan xalqının bir yumruq şəklində birləşməsini dövlətimizin qüdrətinə və rəhbərinə böyük inam kimi dəyərləndiriblər.
Görüşdə əraziyə aid həlli vacib məsələlər müzakirə olunub.
Ş.Soltanov

Şərh Yaz