Şəhidimiz – qürurumuz

Vətən mənə oğul desə, nə dərdim?! – Vahabzadə Mikayıl Yaqub oğlu bu ideya ilə hərbi xidmətə yola düşdü. O, Vətən torpağının düşmən tapdağı altında olmasını heç bir vəchlə qəbul edə bilmirdi. Odur ki, hərbi xidmətə çağırış vərəqini böyük həsrətlə gözləyirdi. 3 iyul 2015-ci il tarixi. Nəhayət ki, o gün gəldi. Mikayıl hərbi xidmətə çağırış vərəqini Facebook səhifəsində “Axır ki” başlığı ilə paylaşdı.
Bu söz onun həsrətinin sona yetdiyinin və arzusuna çatdığını ifadə edirdi.
Şəhidimiz - qürurumuz
Vahabzadə Mikayıl 3 iyul 2015-ci il tarixində İsmayıllı rayon Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış idarəsindən hərbi xidmətə yola salındı. Xidmət zamanı komandirlərinin əmirlərinə müntəzir olan Mikayıl tez bir zamanda hərbi hissədə böyük hörmət qazandı.
Aprel ayının 4-6 tarixində Milli Ordumuzun torpaqlarımızı azad etmək uğrunda apardıqları əməliyyat zamanı ermənilər üzərində böyük qələbə əldə edildi.
Bu günlərdə Mikayılın anadan olduğu Maçaxı, eləcə də təhsil aldığı Tircan kəndində onun itkin düşməsi xəbəri yayıldı. Bütün sakinlər onun sağ salamat qayıtması üçün dua edirdilər.
Lakin aprel ayının 8-i axşam saatlarında gələn xəbər hamını sarsıtdı. Mikayıl Tərtər yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Onun nəşi aprel ayının 9-da saat 11-də dünyaya göz açdığı Maçaxı kəndində torpağa tapşırıldı. Dəfndə rayon ictimaiyyətinin 5 mindən artıq nümayəndəsi, Qarabağ müharibəsinin əlil iştirakçıları və kənd sakinləri iştirak etdilər.
Yaddaşımıza tam dəqiqliyi ilə yazmaq üçün şəhidimizin qısa, lakin şərəfli ömür yoluna nəzər salaq:
Vahabzadə Mikayıl Yaqub oğlu 3 iyul 1993-cü ildə İsmayıllı rayonunun Maçaxı kəndində dünyaya göz açmışdır. 1 sentyabr 2000-ci ildə Maçaxı kənd ibtidai məktəbin birinci sinfinə qəbul olmuş, 2004-cü ildən 2009-cu ilə kimi isə M.Piriyev adına Tircan kənd tam orta məktəbində təhsil almışdır. 2009-cu ildən tam orta təhsil pilləsini S.Abbasov adına Yeniyol kənd tam orta məktəbində davam etdirmişdir.
Mikayıl Yeniyol kənd tam orta məktəbinə gəldiyi ilk gündən sinif yoldaşları ilə xoş münasibətdə olmuş, müəllimlərin etimadını qazanmışdır. Yüksək təşkilatçılıq bacarığına və biliyə sahib olan Mikayıl məktəbin bütün tədbirlərində yaxından iştirak etmişdir. Məktəbin gənc müəllimləri ilə müəllim-şagird münasibəti ilə yanaşı dostluq münasibəti də qurmuşdur.
Bütün fənlərə yüksək səviyyədə maraq göstərən Mikayıl 2011-ci ildə buraxılış imtahanlarında yüksək nəticələr göstərərək sənədlərini ali təhsil almaq üçün təqdim etmişdir. Qəbul imtahanlarından uğurla keçərək Sumqayıt Dövlət Universitetinin fizika və elektroenergetika fakültəsinə daxil olmuşdur.
2015-ci ilin may ayında bir daha sədaqətini və səmimiliyini nümayiş etdirərək Yeniyol kənd tam orta məktəbinə gəlib müəllimlərlə görüşmüşdür.
3 iyul 2015-ci il tarixdə İsmayıllı rayon Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış idarəsindən Г‡ağırış vərəqəsi alaraq hərbi xidmətə yola salınmışdır.
Aprel ayının 10-da Şəhid Mikayılın təhsil aldığı Tircan kənd tam orta məktəbinin müəllim və şagird kollektivi onun qəbrini ziyarət etdi. Şagirdlər şəhidimizə olan hörmətlərini şüarlar səsləndirmək, 3 rəngli bayrağımızı dalğalandırmaq, qəbri üstünə gül-çiçək düzməklə ifadə etdilər. Məktəbimizin X sinif şagirdi Sima Oruclu ürək sözlərini şəhid Mikayıla yazdığı məktubla bildirdi. Simanın bu məktubu hamını göz yaşlarına qərq etdi. Şagirdlər onu heç bir zaman unutmayacaqlarına və daim qəbrini ziyarət edəcəklərinə söz verdilər.
Məktəbimizdə Mikayılın adına xüsusi guşə hazırlandı. Üzərində “Şəhid Mikayıla məktub” yazılmış bir qutu guşədə yerləşdirilib. Şagirdlər bu qutuya Mikayıla yazdıqları məktubları atırlar.
Şəhid balam Mikayıl! Sən ən uca zirvəyə – şəhidlik zirvəsinə yüksəldin. Bütün Azərbaycanın əziz oğluna çevrildin. Səni heç bir zaman unutmayacağıq.
Allah sənə rəhmət eləsin. Amin!
Gülyanaq Əliyeva,
M.Piriyev adına Tircan kənd tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz