Futbolçu qızlarımız qızılı gümüşə dəyişdilər

İsmayıllını təmsil edən Hacıhətəmli kənd tam orta məktəbinin 13 yaşlı qızlardan ibarət “Babadağ” futbol komandası Respublika yarışında iştirak edib. 51 komanda arasında gərgin keçən yarışların nəticəsi olaraq finala çıxıb.
Futbolçu qızlarımız qızılı gümüşə dəyişdilər
Finalda qızlarımızın rəqibi Bakının “Təhsil” komandası olub. 2014-2015-ci il futbol mövsümündə çempion olmuş qızlarımız bu il birinciliyi əldə saxlaya bilməyiblər. Oyunun əsas hissəsi 1:1 hesabı ilə nəticələnib. Qapılara vurulan 11 metrlik cərimə zərbələrinin yerinə yetirilməsində qızlarımız diqqətli nəticə nümayiş etdirməyə səy göstərsələr də uğursuzluqla qarşılaşıblar. 11 metrlik zərbələri dəf edə bilməyən və rəqibin qapısına daha az top vuran qızlarımız ikinci yerlə kifayətlənməli olublar. Qızılı gümüşə dəyişsələr də bir kəndin futbolçu, məktəbli qızları üçün bu kifayət qədər böyük qələbədir.
U-13 liqasında yarışlara komandanı məşqçi Ədalət Əhmədov hazırlayıb.
İdmançılarımıza daha yüksək uğurlar arzulayırıq.
Ş.Əhmədov

Şərh Yaz