II Beynəlxalq Tərəkəmə Г‡ərşənbəsi folklor festivalı

14-16 mart tarixlərində Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Gəgəli kəndində MİRAS ictimai birliyinin təşkilatçılığı ilə II Beynəlxalq Tərəkəmə Г‡ərşənbəsi folklor festivalı keçirilib. Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin kollektivi də iştirak edib.
II Beynəlxalq Tərəkəmə Г‡ərşənbəsi folklor festivalı
Festivalda çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Yaandost Asanov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət işləri müdiri Murat Karaçanta, Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi, AMEA-nın müxbir üzvü Vəli Əliyev, professor Kübra Əliyeva, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor əvəzi Sevda Qasımova, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli bu tədbirin türk dünyasının adət-ənənələrinin təbliğində, ümumən dünya xalqları arasında mədəni əlaqələrin qurulmasında, bəşəri dəyərlərin öyrənilməsində əhəmiyyətindən danışıblar. Festivalda kollec tələbələrinin əl işləri sərgilənmiş, çıxışları isə MİRAS ictimai birliyi və qonaqlar tərəfindən yüksək qiymətləndirilərək, sertifikatlarla təltif olunub.
R.Rəcəbli

Şərh Yaz