Respublika müsabiqəsində qalib oldular

İsmayıllı Rayon Uşaq Yaradıcılıq Mərkəzində 8 adda 15 dərnək fəaliyyət göstərir. Bu dərnəklərdə 225 şagird məşğul olur. Mərkəzdə fəaliyyət göstərən “Rəsm”, “Bacarıqlı əllər”, “Foto”, “XГ‡AA” dərnəklərinin üzvləri rayon, zona və respublika müsabiqələrində uğurlu nəticələr əldə edirlər.
Respublika müsabiqəsində qalib oldular
Respublika müsabiqəsində qalib oldular
Dekabrın 14-də Bakı şəhərində “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika müsabiqəsində Günel Məmmədovanın rəhbərlik etdiyi “Bacarıqlı əllər” dərnəyinin 8 üzvü müsabiqənin qalibi olub. Qaliblərə ayrı-ayrılıqda Fəxri fərmanlar, Diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Sevindirici haldır ki, 5 ildir keçirilən bu müsabiqədə dərnəyin üzvləri hər il fərqləniblər.
Teymur Manafov
UYM-nin dərnək rəhbəri

Şərh Yaz