Hətəmov Feyruz Şamil oğlu

1948-ci ildə İsmayıllı rayonunun Sulut kəndində anadan olmuşdu.
Sulut kənd 7-illik məktəbini bitirdikdən sonra, 1962-ci ildə M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumuna daxil olmuş, 1966-cı ildə oranı bitirmişdi.
Əmək fəaliyyətinə 1966-cı ildə Şəbyan kənd 8-illik məktəbində ibtidai sinif müəllimi kimi başlamışdı. 1972-1979-cu illərdə Qurbanəfəndi, sonra isə Kürdeldarbəyli kənd 8-illik məktəblərində müəllim işləmişdi.
Hətəmov Feyruz Şamil oğlu
1979-cu ildən ömrünün sonunadək Kələzeyvə kənd məktəbində müəllim və direktor vəzifəsində çalışmışdı. O, bütün bacarığını şagirdlərin təlim-tərbiyəsinin inkişafına həsr etmişdir.
İşlədiyi müddətdə təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda davam etdirməklə 1991-ci ildə ali təhsil almışdı.
İşgüzarlığı, məsuliyyət və səmimiyyəti ilə seçilən Feyruz müəllim onu tanıyanların xatirində yaşayacaqdır.
Allah rəhmət eləsin.
Yoldaşlarından bir qrupu

Şərh Yaz