İşgüzarlıq şəraitdən qaynaqlanır

Xeyli müddətdir ki, İsmayıllı Olimpiya-İdman Kompieksinin fasadında təmir və yenidənqurma işləri aparılır. Buna baxmayaraq, kompleksdə gündəlik iş əvvəlki templə, mübaliğəsiz demək olar ki , əvvəlkindən də bir qədəd geniş şəkildə davam etdirilir. Noyabr ayının 28-29-da burada VKC növləri üzrə Azərbaycan Karate Do Federasiyası 5–“35 yaş arasında olan idmançıların iştirakı ilə respublika birinciliyi keçirib.
İşgüzarlıq şəraitdən qaynaqlanır
Birincilikdə respublikanın 45 rayonundan 300-dən artıq müxtəlif yaşlı oğlan və qızlar iştirak ediblər.
Həmin yarışa ev sahibliyi edən ismayıllılar mübarizəyə ümidverici yeniyetmələrlə qatılıb və sevindirici nəticələr əldə ediblər.
İşgüzarlıq şəraitdən qaynaqlanır
İsmayıllı Olimpiya-İdman Kompieksinin direktoru Tofiq Hümbətov müntəzəm keçirilən idman yarışlarına ara verilməməsinin əsasında kompleksdəki şəraitin durduğunu bildirir. Maraqlıdır ki, Kompleksin əsas zalında karateçilər güc və çevukliklərini sınadıqları vaxtda futbol meydançasında U-13, U-16 yaşlı qızlar arasında birincilik uğrunda mübarizə gedirdi. Noyabr ayının 29-dakı qarşılaşmalarda oyunların nəticəsi belə olub – Mingəçevir–“Şəki – 2:1, Zaqatala-Tovuz –“ 4:2, Qax-İmişli –“ 1:0. UGIM (İsmayıllı) – “Qarabağ” (Naftalan) oyununda həmyerlilərimizin qapısına 2 top vurulub.
Respublika çempionu kimi meydana çıxan Hacıhətəmli kənd məktəblilərindən ibarət “Babadağ“ komandasının qızları Naftalandan olan UGİM komandasını meydana çıxdığına peşman edib. Bu oyunda hesab 11:0-la başa çatıb. Naftalanın “Səfa” komandası isə İsmayıllının “Tufan” komandasına 1:0 hesabı ilə uduzub.
Taleh Qurbanlı

Şərh Yaz