Yarmarka razılığa səbəb olub

Oktyabr ayının 3-də İsmayıllı şəhərinin mərkəzində, qala divarları qarşısında satış yarmarkası keçirilib.
Yarmarkada İvanovka kəndinin sakinləri, N.V.Nikitin adına kolxoz və fermerlər mövsümi kənd təsərrüfatı məhsulları ilə iştirak ediblər.
Yarmarka razılığa səbəb olub
Sahibkarlar tərəfindən yarmarkaya ət, toyuq, süd, pendir, yağ, taxıl məhsulları, üzüm və meyvə-tərəvəz çıxarılıb.
Yarmarkaya çıxarılmış məhsullar bazar qiymətlərindən 20-25 faiz aşağı qiymətə satılıb. Alıcılar keyfiyyətli məhsulları münasib qiymətə aldıqlarına görə yarmarkanın təşkilatçılarına razılıqlarını bildiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz