Gənc meşəçilərin qələbəsi

Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin keçirdiyi tədbirlərdə məktəblilərimiz fəal iştirak edirlər. 2014-2015-ci dərs ilində Gənc meşəçilər dəstələrinin işi daha uğurlu olmuşdur.
Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin Gənc meşəçilər dəstəsinin üzvləri XI sinif şagirdləri Timofey Prokofyev, Anastasiya Dubrovina, Vladislava Orlova, Anna Orlova “Meşələri qoruyaq” gənc meşəçilərin IV Respublika müsabiqəsində “Meşə ekologiyası və davamlı idərəetmə” nominasiyası üzrə birinci yerə layiq görülmüşlər.
Gənc meşəçilərin qələbəsi
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, həmçinin, Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqinin və İdərəçilik Sisteminin Təkmilləşdirilməsi üzrə II Proqramının birgə təşəbbüsü ilə Qax rayonunda 3-8 avqust 2015-ci il tarixlərində “Meşələri qoruyaq!” devizi altında ilk dəfə olaraq beynəlxalq yay düşərgəsi keçirilmişdir.
“Meşənin bioloji müxtəlifliyi” mövzusunda biomüxtəliflik üzrə ekspert – “Həyəcan” təşkilatının idarə heyətinin sədri Əliheydər Məmmədov, “Davamlı üzvü çirkləndiricilərin meşə ekosisteminə təsiri” mövzusunda “Ekostop” təşkilatının sədri Г‡imnaz Şabanova, “Davamlı İnkşaf üzrə Tədqiqatlar Mərkəzi”nin direktoru, Şirvan Slow FOOD təşkilatının üzvü Nəriman Ağayev “Meşənin ekosistem xidmətlərinin insan həyatında əhəmiyyəti” mövzusunda, WWF Azərbaycan nümayəndəliyinin proqram rəhbəri meşə ekosistem xidmətləri üzrə məsləhətçi Könül Əhmədova maraqlı təqdimatlarla çıxış edərək uşaqların suallarını cavablaşdırmışlar.
Beynəlxalq düşərgənin iştirakçıları “Meşənin nemətləri və ənənəvi qidalanma” adlı ekoloji tədbirdə təmsil etdikləri ölkələrin meşə məhsullarınddan hazırlanmış qida məhsullarını təqdim etmişlər. Milli geyimlərdə olan məktəblilər həmyaşıdlarını öz ölkələrinin musiqi mədəniyyəti ilə tanış edərək meşə ehtiyatlarının əhalinin həyatında əhəmiyyətindən söhbət açmışlar . Alim və mütəxəssislərlə maraqlı görüşlər, şən müsabiqələr və ekoloji oyunlar yay istirahətinin mənalı keçməsinə şərait yaratmışdır.
Gənc meşəçilərimiz Timofey Prokofyev, Anastasiya Dubrovina, Vladislava Orlova beynəlxalq yay düşərgəsində iştirak etməklə xeyli təcrübə qazanmış, digər ölkələrin gənc meşəçilərinin işi ilə tanış olmuş və bu sahədəki biliklərini zənginləşdirmişlər. Onlar Azərbaycan Respublikasının Gənc meşəçiləri adından cari ilin sentyabrda beynəlxalq müsabiqədə iştirak etmək hüququ qazanmışlar. Həmyerlilərimizə Beynəlxalq müsabiqədə uğurlar arzulayırıq.
Qax şəhərində Azərbaycan, Rusiya Federasiyası, Belarus, Moldova və Gürcüstanın Gənc meşəçilərinin iştirak etdiyi beynəlxalq düşərgənin təntənəli yekun tədbiri Heydər Əliyev Mərkəzində keçirilmişdir. İştirakçıların hamısına Diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur. Gənc meşəçilərin ilk beynəlxalq düşərgəsi dostluq tonqalı ətrafındda şənliklə başa çatmışdır.
Yaşar Nuriyev,
İsmayıllı Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru

Şərh Yaz