Hörmətli Mirdaməd müəllim!

Mən İsmayıllı şəhərinin Günəşli adlanan məhəlləsində yaşayıram. Bu yaşayış massivi 1982-ci ildəki zəlzələdən sonra salınıb. Uzun müddət bu məhəlləyə o qədər də diqqət yetirilməmişdir. Burada sakinlərin istirahəti üçün park yeri nəzərdə tutulsa da, heç bir iş görülməmişdi. Vətəndaşlar şəhərin müxtəlif yerlərində salınan parkları görüb, nə vaxt öz məhəllələrində park salınacağını düşünürdülər.Nəhayət, Sizin rəhbərliyinizlə rayonda görülən işlərin sırasında Günəşli məhəlləsində istirahət parkı da yer tutdu. Uzun müddət gözlədiyimiz istirahət parkı artıq ətrafda yaşayanların istifadəsinə verilib.
Şəhər sakinləri yaşadıqları ərazidə istirahət üçün gözəl şərait yaradıldığına görə, ilk öncə hər bir vətəndaşın qarantı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də sizə öz dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər. Tanrı sizləri qorusun.
Hormətlə, məhəllə sakinləri adından:
Əsgər Manafov,
İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz